Millinin oyunu ilə əlaqədar yaranmış fasilədən sonra məşqləri bərpa edən "Simurq", "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Bədən Tərbiyyəsi və İdman Akademiyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar", məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qruppaya bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, Topaz Premyer Liqasının V turu çərçivəsində "Sumqayıt"ı komandamız Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək.Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.
Fanat.az