09:27 08.08.2016 613

“Çempion olmalıyıq” - "Qəbələ"nin futbolçusu

“Qəbələ” bu gün Topaz Premyer Liqasının 2016/17-ci illər mövsümündə ilk oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Bakıda keçiriləcək görüşdə “Kəpəz”i qəbul edəcək. 


Əyalət təmsilçisinin yetirməsi Elvin Camalov yeni mövsüm və çempionatın ilk matçı haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Çempionatda ilk matçımıza çıxacağıq. UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini keçdikdən sonra fikrimizi Premyer Liqaya yönəltmişik. Yeni mövsümdə bir məqsədimiz var ki, bu da çempion olmaqdır. “Kəpəz”lə görüş bizim üçün qızıl medallar uğrunda mübarizənin başlanğıcıdır. İlk rəqibimiz olan “Kəpəz”i yaxşı tanıyırıq. Təəssüf ki, bu komanda avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycanın hər bir klubunun qitəmiqyaslı turnirlərdə mümkün qədər irəliləməsini istəyirəm. İndi onların da çempionata yüksək motivasiya ilə hazırlaşdığını düşünürəm. Sabah meydanda əsl mübarizə olacağına ümid edirəm. Avrokuboklardakı uğurlu oyunlardan sonra motivasiyamız çox yüksəkdir. Tamamilə qələbəyə köklənmişik. İlk turu 3 xalla başa vurmalıyıq. Yeganə istəyimiz də budur və qələbə üçün meydana çıxacağıq. Legioner limiti ilə bağlı UEFA Avropa Liqasından fərqli heyətlə mübarizə aparmalı olacağıq. İnanmıram ki, bu, hər hansı çətinlik yaratsın”.


“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Püşkün üz-üzə qoyduğu komandalar 2 il əvvəl Sloveniyadakı təlim-məşq toplanışında da görüşüb. “Qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsinin iştirakçılarından olan Camalov püşkün nəticəsi və qarşıdakı oyunlar haqda fikirlərini açıqlayıb: “Bu komandaya qarşı oynasaq da, həmin görüşdən sonra xeyli vaxt keçib. İndiki “Maribor” pley-offa qədər irəliləyibsə, deməli, güclü komandadır. İnanıram ki, bu rəqibi də mübarizədən kənarlaşdırıb, ötən mövsümkü tarixi yenidən təkrarlayacağıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik ki, bunun üçün də sloveniyalıları məğlub etməliyik”.


Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X