Avropa Liqasında "pley-off" mərhələsinin ilk görüşləri keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən iki komandadan biri olan "Qəbələ" evdə meydana çıxıb.
"Qırmızı-qaralar" "Dalğa Arena"da Sloveniyanın "Maribor" klubunu qəbul edib. Oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş "Qəbələ" bu uğuru təkrarlamaq üçün "Maribor" səddini keçməlidi. Bunun üçün isə doğma meydandakı oyunda sərfəli nəticə qazanmaq vacibdi.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Gürcüstanın "Samtredia", Macarıstanın MTK və Fansanın "Lill" klublarını mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
"Pley-off"
İlk oyun
18 avqust
Qəbələ (Azərbaycan) - Maribor (Sloveniya) 3:1
Qollar: Sergey Zenyov, 37. Baqali Dabo, 50; 52 - Tavares, 17.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Viatli Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Poetrzkeviç, 4. Elvin Camalov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Maribor: 33. Jasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaz Vrhoveç, 6. Aleks Pihler, 9. Tavares, 11. Milivoye Novakoviç, 22. Dare Vrişiç, 35. Rodriqo Defendi, 39. Damyan Bohar, 44. Denis Sme.
Ehtiyat oyunçular: 69. Matko Obradoviç, 7. Amar Rahmanoviç, 8. Sintayehu Sallaliç, 14. Sanni Omoregiye, 20. Qreqor Bayde, 28. Mitya Viler, 70. Aleş Mertelj.
Baş məşqçi: Darko Milaniç.
Hakimlər: Aleksey Kulbakov, Vitali Malyutin, Oleq Maslyanko, Denis Şerbakov (Belarus).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan).
Bakı. “Dalğa Arena” stadionu.
Fanat.Az