Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Maribor" - "Qəbələ" matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı macar hakimlərə tapşırıb.
Görüşü Viktor Kaşşai idarə edəcək. Ona Qyorgi Rinq və Vençel Tot yardımçı olacaq. Dördüncü hakim funksiyasını Tamaş Boqnar yerinə yetirəcək.
Sloveniyanın Maribor şəhərindəki "Lyusdki Vrt” srtadionunda baş tutacaq matçda hakimlərin işinə ukraynalı hakim-isnpektor İqor İşenko qiymət verəcək. UEFA nümayəndəsi isə maltalı Kris Bonet olacaq.
Viktor Kaşşai Avropanın ən məşhur hakimlərindən biridi. Fransada keçirilən "AVRO-2016"nın finalında baş tutan Fransa - Portuqaliya matçının dördüncü hakimi olan referi bu turnirdə 3 matç idarə edib (Fransa - Rumıniya, İtaliya - İsveç, Almaniya - İtaliya).
"AVRO-2012"də 4 matça təyinat alan, həmçinin yarımfinalın Almaniya - İspaniya matçını idarə edən macar referi 2011-ci ildə Çempionlar Liqasının “Barselona” - “Mançester Yunayted” finalında fit çalıb. O, həmçinin 2018-ci ilPekin Yay Olimpiya Oyunlarının finalındakı Argentina - Nigeriya görühünün baş hakimi olub.
Viktor Kaşşai Bakıya da səfər edib. Belə ki, o, 2005/06 mövsümündə Çempionlar Liqasının “Neftçi” - “Anderlext” qarşılaşmasının baş hakimi olub. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşün taleyini onun təyin etdiyi penalti müəyyənləşdirib. Vadim Borets bu imkanı qaçırmayaraq, “ağ-qaralar”ı sevindirib - 1:0.
Fanat.Az