12:08 23.08.2016 558

"Neftçi" onlara atalarından qalmayıb" - Böyükağa Hacıyev

Premyer Liqanın ötən turunda "Qarabağ"la görüşən "Neftçi” ağır məğlubiyyətlə barışmaq məcburiyyətində qaldı. "Əlincə Arena”da baş tutan oyunda demək olar ikinci heyətlə meydana çıxan ağdamlılar flaqmanın qapısından 3 cavabsız top keçirdi. 

Təbii ki, bu nəticə "Neftçi”nin heç də yaxşı vəziyyətdə olmamasından xəbər verir. Elə "ağ-qaralar”ın sabiq çalışdırıcısı Böyükağa Hacıyev də açıqlamasında məhz bu məqamlara toxunub. 

Təcrübəli çalışdırıcı "Neftçi”də hansı çatışmazlıqların olduğuna dair fikirlərini bölüşüb: "Əvvəla, görünən kəndə bələdçi lazım deyil. "Qarabağ” neçənci heyətlə meydana çıxmışdı? Daha nə istəyirsiz? O nə legionerlərdi oynadırlar? Bunları alanda baxmırlar? Bundan əlavə, "Qarabağ” ikinci heyətlə "Neftçi”dən ikibaş güclü oynadı. Rəqib "Qarabağ”ın qapısı qarşısında bir dənə təhlükəli vəziyyət yaratdı? Ümumiyyətlə, adətən belə oyunlar haqda şərh verilmir. Hesab özü hər şeyi deyir”.

Böyükağa bəy "Neftçi”nin bu vəziyyətdə olmasının günahını məşqçi və rəhbərlikdə gördüyünü deyib: "Biz işlədiyimiz müddətdə belə deyildi. Bir, iki oyunda, ya da həlledici görüşdə uduzanda dərhal istefa verirdik. İndi həyatda nə dəyişib ki? Özlərinə hörmət qoysunlar də. Bu komanda nə onlarındı, nə də onlara atalarından qalıb. Bu xalqın komandasıdı. İndi nə olub? "Neftçi” flaqman deyil? Bunlar gözləyirlər ki, gəlib hamısını birdən töksünlər çölə. Mən 3 ildə 6 nəticə verdim və getdim. İki dəfə çempionluğu və kuboku qazandım, bir dəfə qrup mərhələsində iştirak etdim, bir dəfə də "pley-off”da dayandım. Xatırlayırsızsa "Şkenderbeu”ya uduzandan sonra istefa verib getdim. Bunlar faktdı, boş şeylərdən danışmıram. Halbuki bu komandanı zəif göstərirdilər, amma Çempionlar Liqasında vuruşdu. İndi avrokuboklarda heç nə edə bilmədilər, hamı göz yumdu. Çempionatda 8 komanda arasında yer tutmağa əziyyət çəkirsənsə, bu artıq faciədi. Bu gün Azərbaycanda iki komanda var - "Qarabağ” və "Qəbələ”.

Sabiq çalışdırıcı klubda başqa "oyunlar” oynandığına işarə vurub: "Klubun əvvəlki gücünü bərpa etmək istəyən məşqçiyə 3 ay vaxt lazımdı. Bunun üçün də savadlı məşqçi olmalıdı. "Neftçi” çox pis gündədi. Başa düşmürəm, Araz Abdullayev niyə əsas heyətdə yoxdu və ehtiyatdan meydana çıxır? Bu şəxsi prinsiplərdən irəli gəlir? Araz öz təcrübəsi ilə köməklik edərdi. Mənə etimad göstərsələr necə olardı? İndi bu haqda fikirləşmirəm. İnanmıram ki, məni ora çağıralar. Çünki "Neftçi”də işləyənlər futboldan xəbərsiz insanlardı. O klubda işləyən məşqçi ilk növbədə avtoritet olmalıdı, futbolçular ondan az-çox çəkinməlidi. Ümumiyyətlə "Neftçi”də işləmək üçün bir beyin azdı. İki beyin olmalıdı ki, bu qədər təzyiqlərə dözsün. İranlıların bir yaxşı sözü var, "tacir malı alanda udur, satanda deyil”. Məşqçi komandasını düzgün komplektləşdirir. "Neftçi”ni düzgün formalaşdırmamısansa, əzabını çəkəcəksən. Hardadı flavinyolar, mitreskilər, ramoslar, kanaleslər? Niyə getdilər? Maliyyə problemləri hamısı boş şeydi. Yeni legionerləri neçəyə alıblar? Görünən odu ki, komandada düzgün sistem yoxdu. Yadından çıxmasın, biri var taktika, biri də var onun stili. Komanda meydana çıxırsa, onun taktikası hazırdı. Amma "Neftçi”də o stil yoxdu. Ən vacibi isə klubun strategiyasını müəyyən etməkdi. Azərbaycanda ən güclü mütəxəssis Sadıq Sadıqov idi. O düzgün strategiya qurdu ki, nəticəsini də gördü. Əlbəttə, indiki rəhbərliyin də nəticələrdə "rolu” böyükdü”. (sport7.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X