"Qəbələ" daha bir transfer edir. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Samtredia"nın oyunçusunu heyətinə qatır.
Bklə ki, "Qəbələ" Budu Zivzivadzeni transfer edir. Artıq 22 yaşlı hücumameylli futbolçunun özü və klubu ilə anlaşma əldə olunduğu bildirilir.
Qeyd edək ki, Budu Zivzivadze ötən mövsüm Gürücüstan çempionatında keçirdiyi 29 oyunda 16 qol vurub və bombardirlər yarışında üçüncü olub. 22 yaşlı futbolçu cari mövsümün ilk 3 turunda artıq 3 dəfə fərqlənib.
Budu Zivzivadze Avropa Liqasında "Qəbələ"ni də məyus edib. Belə ki, Gürcüstanda keçirilən və 2:1 hesabı ilə qalib gəldikləri matçda penaltidən fərqlənib.
Fanat.Az