17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışına yığışacaq.
Fanat.Az xəbər verir ki, toplanış sentyabrın 14-dən 18-nə qədər nəzərdə tutulub.
Yeni baş məşqçi Vüqar Məmməd toplanışa 23 futbolçu çağırıb. Onlardan 9-u “Qəbələ” Futbol Akademiyasının yetirməsidi.
Vüsal Mustafayev, Elmir Tağıyev, İdris İnqilablı, Rüstəm Nuriyev, Fərid Nadirov, İzzət Muştaqov, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Abbasov (hamısı “Qəbələ”), Nail Alışov, Murad Bağırov, Fərid Mahmudov, Mehman Məsimov (hamısı “Neftçi”), İbrahim Hüseynov, Xəqani Sadıxov, Nicat Məmmədov (hamısı “Qarabağ”), Tahir Zeynalov, Şakir Seyidov (hər ikisi “Vətən”), Xəzər Mahmudov, Vidadi Cəfərov (hər ikisi “Səbail”), Elvin Bayramov, Məzahir Əhmədov (hər ikisi “Turan-Tovuz”), Nicat Mehbalıyev (“İnter”).
Fanat.Az