"Neftçi" Premyer Liqanın IV turunda "Qəbələ"ni qəbul edir. Fanat.Az xəbər verir ki, uğursuzluğu davam etdirən paytaxt klubu ilk 16 dəqiqədə qol buraxıb.
Mövsümün əvvəlindən komandanı boykot edən fan-klublardan yalnız “Forza Neftçi” stadiona gəlib. Onlar isə qarşılaşmanın ilk dəqiqələrindən "İstefa", "formanı çıxardın, rədd olun, gedin”, “Vəli, istefa”, "Şura istefa, rədd olub çıxın gedin" şüarları səsləndirirlər.
Bu arada 3-cü qol buraxıldıqdan sonra etiraz əlaməti olaraq “petardalar” və fişənglər partladıb. Partlayışlar yüksək gurultu ilə müşahidə olunub.
Fanan.Az