Belçika çempionatında altıncı tura yekun vurulub.
Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” öz meydanında “Şarlerua”nı qəbul edib.
İlk hissədə qapısında qol görən “Anderlext” fasilədən sonra 3 dəfə fərqlənib. Yekunda Brüssel klubu 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qəbələ” sentyabrın 15-də səfərdə “Anderlext”in qonağı olacaq.
Fanat.Az