Avropa Liqasının qrup mərhələsinin I turunda "Anderlext"in qonağı olacaq "Qəbələ" Azərbaycanı tərk edib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" bu səhər çarter reysi ilə Belçikaya yola düşüb.
Qeyd edək ki, "Anderlext" - "Qəbələ" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.
Fanat.Az