“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda bu gün Belçikanın “Anderlext” klubu ilə keçiriləcək qarşılaşmanı buraxacaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, buna gürcüstanlı yarımmüdafiəçinin dünən keçirilən oyunöncəsi məşq zamanı zədələnməsi səbəb olub.
N.Kvekveskirinin meydana nə vaxt dönəcəyi müayinədən sonra bilinəcək.
Xatırladaq ki, Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə oyununda əzələsini dartan Elvin Camalov da bu görüşdə iştirak edə bilməyəcək. Dayaq yarımmüdafiəçisi ən azı iki həftə meydanlardan kənarda qalacaq.
Fanat.Az