Avrokuboklardan I turun oyunları başa çatdıqdan sonra UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda bəzi dəyişikliklər olub.
Reytinq cədvəlində Azərbaycan klubu yer alıb. Ən yaxşımız "Qarabağ" 14,850 xalla 115-ci yerdə qərarlaşıb.
9,600 xalı olan “Neftçi” 156-cı pilləni “Bursaspor”la bölüşür. Hesabında 7,600 xal olan “Qəbələ” "Eskişəhərspor"la 179-cu yerə şərikdi.
“Jilina” ilə 220-ci yerə bölən “İnter”in 5,850 xalı var. 4,350 xala malik “Xəzər Lənkəran” 282-cidi. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,850) 304-cü, “Bakı” (3,600) 313-cüdü.
Qeyd edək ki, İspaniya “Real”ının (146,714) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 136,756 xalla 2-ci, “Barselona” (İspaniya) 131,714 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az