Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərin yarışında VII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə qarşılaşmasında "İnter" "Zirə"ni qəbul edib. Bir qolun vurulduğu matçda qonaqlar 1:0 hesablı qələbə qazanıb.
İkinci oyun günündə daha bir qarşılaşma baş tutub. Günün matçında "Sumqayıt" AZAL-ı 3:2 hesabı ilə yekunlaşıb.
Üçüncü oyun günündə də qarşılaşma keçrilib. "Qəbələ" və "Qarabağ"ın qarşılaşmasında qonaqlar 2:1 hesablı qələbə qazanıb.
Son qarşılaşma bu gün "Neftçi" və "Kəpəz" arasında baş tutub. "Ağ-qaralar" doğma meydanda 1:0 hesablı qələbə qazanıb. Bununla da "Neftçi" yenidən turnir cədvəlinin birinci pilləsini ələ keçirib.
Əvəzedici heyətlər
2016/17 mövsümü
I dövrə, VII tur
29 sentyabr
İnter - Zirə 0:1
Qol: Müşfiq İlyasov, 61.
30 sentyabr
Sumqayıt - AZAL 3:2
Qollar: Elvin Həbibov, 25. Süleyman Piriyev, 32. Ülvi Süleymanov, 58 - Seyidrəzi Ağayev, 50. Mahsun Qənbərli, 73.
1 oktyabr
Qəbələ - Qarabağ 1:2
Qollar: Kamran Həsənzadə, 18 (avtoqol) - Vüqar Nadirov, 25. Nicat Abbasov, 40.
2 oktyabr
Neftçi - Kəpəz 1:0
Qol: Pərviz Qaraxanov, 66.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Neftçi | 7 | 4 | 1 | 2 | 11:9 | 13 |
2 | Qarabağ | 7 | 4 | 1 | 2 | 12:9 | 13 |
3 | İnter | 7 | 4 | 1 | 2 | 7:5 | 13 |
4 | Zirə | 7 | 3 | 3 | 1 | 9:5 | 12 |
5 | Qəbələ | 6 | 2 | 2 | 2 | 11:6 | 8 |
6 | Sumqayıt | 6 | 2 | 1 | 3 | 6:9 | 7 |
7 | Kəpəz | 7 | 1 | 3 | 3 | 5:9 | 6 |
8 | AZAL | 7 | 1 | 0 | 6 | 7:16 | 3 |
Bombardirlər | Şahin Əliyev (Qarabağ) - 4. |
Fanat.Az