17:27 28.09.2013 1171

Ceyhun Əzizli: "UltrAslan-Azərbaycan" mənimdi" - MÜSAHİBƏ

Son günlər "UltrAslan-Azərbaycan" adlı fan-klub peyda olub. Özlərindən əvvəlki "UltrAslan-Azərbaycan"ın dağıldığını iddia edən yenilərin nə dərəcədə haqlı olub-olmadığını öyrənmək üçün 10 il öncə yaranmış azarkeş qrupunun rəhbəri Ceyhun Əzizli ilə əlaqə saxladıq.


- Son günlər "UltrAslan-Azərbaycan" adlı yeni fan-klub ortaya çıxıb. Amma siz uzun illərdi fəaliyyət göstərirsiniz. Necə oldu ki, "UltrAslan-Azərbaycan"ı yaratdınız? 

- Röyal Paşa, Xəyal Azəroğlu, Elçin, Xaqani və başqa uşaqlarla İzmir kinoteatırında yığışıb söhbət etdik. Son qərar verdim ki, belə bir fan-klub yaradım. Onlar əvvəllər fəal olub, indi bəziləri işlərinə görə kənarda qalıblar. "UltrAslan-Azərbaycan"ı mən yaratmışam və sahibi də mənəm. Ölənə qədər də belə olacaq. Ünal Aysal belə bunu mənim əlimdən ala bilməz. İndi yeni "UltrAslan-Azərbaycan"a yaradılması məsələsinə gəlincə, sevindirici haldı ki, ölkəmizdə "Qalatasaray" azarkeşlərinin sayı artır. Amma hər yerindən duran 5-10 nəfəri başına yığıb fan-klub yaradıram deyə bilməz. Fəaliyyətimzə gəlincə, kimsə bizim işimizi sorğulaya bilməz. Son dövrlər ölkədə önəmli bir idman tədbiri yoxdu deyə, biz də toplaşmırıq. Vaxtı ilə biz dövlət əhəmiyyətli, prezidentin iştirak etdiyi tədbirlərə qatılmışıq. İlk dəfə erməni idmançıların Bakıya gəldiyi güləş üzrə dünya çempionatında tribunalar bizə tapşırılmışdı. Bütün idman növlərində komandalarımızı beynəlxalq yarışlarda dəstəkləmişik. Sonuncu dəfə voleybol üzrə "Lokomotiv" klubu dəvət etmişdi, getdik onları dəstəklədik. Bizim işimiz nə olmalıdı ki? Həmçinin son "Beşiktaş" - "Qalatasaray" matçına da yığışıb bir yerdə baxdıq, oyundan sonra da qələbəni bayram etdik. Bütün bunlar fəaliyyət deyil, bəs nədi? 


Güya onların uğuru bizim adımıza çıxırmış. Hansı uğurdan söhbət gedir? Uğurdan biz danışa bilərik ki, bu günə qədər yığma komandalarımızı, klublarımızı beynəlxalq yarışlarda layiqincə təmsil etmişik. "Qalatasaray" klubu məhz bizi dəstəkləyib. 5 illik yubileyimizə klub İdarə Heyətinin üzvü Tunca Hazinedaroğlunu gödərmişdi. Vitse-prezident Adnan Sezgin Bakıya gələn kimi ofisimizə gəlib bizimlə görüşdü. Abdulrahim Albayrak "GSStore"nin açılışına gələndə qarşılamaq üçün bizi çağırdılar. Bizim uğurlarımız göz qabağındadı. Bəs onlar hansı uğuru əldə edib? 


- Bəlkə söz-söhbətin yaranmasına avrokubok oyunlarında stadionlarda görünməməyiniz oldu? 

- Bu yay avrokuboklarda iştirak edən klublarımız bizə bilet vermədi deyə, fərdi şəkildə getdik. Amma bu o demək deyil ki, "UltrAslan-Azərbaycan" dağılıb. "UltrAslan-Azərbaycan" heç vaxt dağıla bilməz. Bizim Azərbaycanın bir çox rayonunda, o cümlədən Masallıda, Zaqatalada, Sabirabadda, Gəncədə, Mingəçevirdə şöbələrimiz var. Bu yaxınlarda Ağdaşdan müraciət ediblər. Yaxın günlərdə bu rayonda da şöbəmizi açacağıq. Yəni "UltrAslan-Azərbaycan" fəaliyyətini davam etdirir və bundan sonra da etdirəcək. 


- İndiyədək avrokuboklarda hansı klublarımızı dəstəkləmisiniz? 

- Avropaya vəsiqə qazanan bütün klublarımızı - "Neftçi"ni, "Qarabağ"ı, "Viləş"i, "MKT-Araz"ı "Karvan"ı, "İnter"i, "Simurq"u və başqalarını dəstəkləmişik. "Xəzər Lənkəran"ın Lənkəranda keçirdiyi oyunlarda Masallı şöbəmiz stadiona gedərək komandaya dəstək verib. 


- "İmarət" fan-klubunun üzvü deyib ki, "UltrAslan-Azərbaycan" Ceyhun Əzizlinin olmayıb. Amma dəfələrlə görmüşəm ki, "Qarabağ" klubunun rəhbərliyi Avropa oyunlarında mikrafonu belə sənə verərək təşkilatçılığı "UltrAslan-Azərbaycan"a verib.

- Bu şeylər həqiqətən mənə çatmır. "UltraNeftçi" fəaliyyətini dayandırandan sonra elə bildilər ki, "UltrAslan-Azərbaycan" dağılıb. Axı bu iki fan-klubun bir-birinə aidiyyatı yoxdu. "UltraNeftçi"nin fəaliyyətini dayandırmasının səbəbini hamı bilir. Necə olur ki, 10 ildə hamı məni tanıyırdı, indi tanımır? Heç kimin "UltrAslan-Azərbaycan"ın fəaliyyətini dayandırmaq hüququ yoxdu. Bu fan-klubu mən yaratmışam və mən dağıda bilərəm. Bütün Azərbaycan bunu bilir. Son dövrlər ofisimizin olmamasına görə belə deyirlər. Amma yaxın vaxtlarda hamı görəcək ki, "UltrAslan-Azərbaycan" dağılmayıb. "İmarət" fan-klubu da "UltrAslanAzərbaycan"ın kimin olduğunu da yaxşı bilməlidi. Bilmirlərsə, mənə diplom verən klublarının rəhbərliyindən, milli formasını imzalayıb "UltrAslan-Azərbaycan" hədiyyə edən futbolçularından soruşsunlar.


 - "UltraNeftçi" rəsmən dağılıb? 

- Sadəcə fəaliyyətini dayandırıb. 


- Fəaliyyətini bərpa edə bilər? 

- Belə bir fikrimiz var. Dünən fəal üzvlərlə görüşüm olub. Onlar təklif etdilər ki, yenidən fəaliyyətə başlayaq. Bir-iki günə geniş iclas keçirib, planlarımızı müzakirə edəcəyik. Ola bilsin ki, mən lider kimi qalım və yeni bir rəhbər seçək. Ondan sonra fan-klub "Neftçi"nin oyunlarına gedib, komandanı dəstəkləyəcək. 


- "Neftçi"nin oyunlarını izləyirsən. Komanda necə təsir bağışlayır? Səncə, komandanın son dövrlər sönük oyun sərgiləməsinin səbəbi nədi? Bəlkə hansısa problem var. 

- Sözün açığı Böyükağa Hacıyevin vaxtındakı kimi oynamır. Səbəbini bilmirəm. Bəziləri komandanın tərkibində qruplaşmanın olduğunu deyir. Ola bilsin ki, nizam-intizam aşağı səviyyədədi. Meydanda bəzən futbolçular anlaşa bilmir, küsülü olduqları görünür. Səbəblər çox ola bilər. Baş məşqçi amilinin də təsiri var. Təəssüf ki, gələnlər gedənlərin yerini doldura bilmir, hələ komandaya tam uyğunlaşa bilməyib. Bütün bunlara baxmayaraq, "Neftçi" çempionluğa əsas namizədlərdən biridi. Komanda o qədər də pis vəziyyətdə deyil. Sona qədər çempionluq uğrunda mübarizə aparacaq.


- Azarkeşin komandadan zəif çıxışa görə hesabat istəyə bilər. "UltraNeftçi" meydanlara qayıtsa, komandadan ilk tələbi nə olacaq? 

- Bizim tələbimiz həmişə Avropa səviyyəsində komanda görməkdi. Daha güclü, peşəkar klub istəyirik. Təkcə çempion olmaqla inkişaf etmək olmaz. Klubun infrastrukturu gücləndirilməli, marketinq sistemi qurulmalı, azarkeşlərlə daha peşəkar səviyyədə işləmək, insanları stadionlara cəlb etmək lazımdı.


- "UltraNeftçi" fəaliyyətini dayandırandan sonra klubdan sizinlə əlaqə saxlayan, problemlərlə maraqlanan oldumu?

 - Yox, heç kim maraqlanmadı. Bu günə qədər heç kim məni axtarmayıb.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

Facebookdan bizi izləməyi unutmayın.
X