13:16 04.06.2013 1039

AFFA rəsmisi: "Superkubok matçının Bakıda olacağını deməmişəm"

AFFA "Qalatasaray" və "Fənərbaxça" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkili ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) müraciətini cavablandırıb. Oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb. Bu qərar nəinki qardaş ölkədə, hətta hər iki klubun xeyli azarkeşinin olduğu Azərbaycanda birmənalı qarşılanmayıb. Çünki AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun adından bir neçə gün öncə “Oyun böyük ehtimalla Bakıda keçiriləcək” açıqlaması yayılmışdı.

Qərar açıqlandıqdan sonra Nərimanoğlu Lent.az-a müsahibəsində həm əvvəlki açıqlamasına, həm də TFF-in müraciətinə mənfi cavab vermələrinə aydınlıq gətirib:

- “Qalatasaray” – “Fənərbaxça” matçının Bakıda təşkilinə ilkin razılıq verdiyiniz halda, fikrinizi dəyişməyinizə səbəb nə oldu?

- Mən heç vaxt “Oyun böyük ehtimalla Bakıda keçiriləcək” deməmişəm. Adımdan gedən açıqlamalarla tanış deyiləm. Yalnız onu bildirmişəm ki, belə bir təklif aldığımız üçün şadıq və böyük qürur hissi keçiririk, amma müraciətə baxılacaq və iyunun 3-dək müvafiq qərar veriləcək.

- Nəyə görə məhz iyunun 3-dək?

- Çünki TFF müraciətində xahiş etmişdi ki, cavabımızı iyunun 3-dək verək.

- TFF-in təklif etdiyi avqustun 11-dək 2 aydan çox vaxt var. Məgər bu qədər müddət hazırlıq üçün yetərli deyil?

- İyunun 30-dan iyulun 16-dək Bakıda hərbçilər arasında futbol üzrə dünya çempionatı keçiriləcək. İyulun əvvəllərindən klublarımız Avropa kuboklarında mübarizəyə başlayacaqlar. Azərbaycan millisi isə avqustun 15-də Bakıda Malta ilə yoldaşlıq görüşü keçirəcək. Belə oyunlara hazırlıq üçün xeyli vaxt lazımdır. Üstəlik, bu oyunlarla paralel olaraq, “Qalatasaray” – “Fənərbaxça” matçının təşkilati işlərini çatdırmalı idik.

- Amma nəzərə alın ki, sadaladıqlarınızın əksəriyyəti Superkubok matçının keçirilməsi ehtimal olunan Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilməyəcək. Üstəlik, bu yarışların səviyyəsi İstanbul derbisi ilə müqayisə oluna bilməz...

- İstənilən yarışa hazırlıq üçün xeyli vaxt lazım gəlir. Məsələn, hazırda 17 yaşadək yığmalar arasında keçirdiyimiz “Caspian Cup”un hazırlıqlarına ötən ilin noyabrından başlamışıq. 2012-ci il 17 yaşadək qızlar arasında dünya çempionatına 2 ilədək hazırlaşdıq. 2016-cı ildə yeniyetmələr arasında keçirəcəyimiz Avropa çempionatının hazırlıqlarına ötən ildən start vermişik. 2020-ci il Avropa çempionatına hazırlıqla bağlı sərəncam bugünlərdə verildi. “Qalatasaray” – “Fənərbaxça” matçının təşkilati işlərinə də 2 ay yox, daha çox vaxt lazımdır. Biz tələm-tələsik iş görə bilmərik.

- Demək, TFF AFFA-ya müraciət edərkən, vaxtın məhdud olduğunu düşünməyib?

- Bu, artıq onlara aid olan məsələdir. Biz onlara qarşı heç bir iradla çıxış edə bilmərik.

- “Neftçi” və “Xəzər Lənkəran” arasında Azərbaycan Kubokunun final matçından sonra baş verənlər, hazırda Türkiyədəki siyasi vəziyyət və ümumiyyətlə, “Qalatasaray” – “Fənərbaxça” matçlarının əksərən qalmaqallarla müşayiət olunması qərarınızda nə dərəcədə rol oynadı?

- Əvvəla, AFFA siyasi təşkilat deyil. Digər tərəfdən, biz ümumilikdə təşkilati məsələlər üçün vaxt azlığını nəzərə alaraq, belə bir qərar vermişik.

- Bəs təhlükəsizlik məsələləri?

- Təşkilati işlərə təhlükəsizlik məsələləri də, bilet satışı da, teleyayım da daxildir. 

- Növbəti il də belə bir müraciət olsa, razılıq verilə bilər?

- Bu, artıq 2014-cü ilə aid olan məsələdir.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X