Futzal üzrə Azərbaycan çempionu "Araz"ın UEFA Kubokunun elit raundundakı bütün potensial rəqibləri müəyyənləşib. Fanat.az xəbər verir ki, əsas seçmə mərhələdə qrup lideri olan komandamızla bərabər elit-raundda 16 komanda iştirak edəcək.
Onlardan 4-ü bu mərhələyə birbaşa, 4-ü əsas seçmə mərhələdə qrup birincisi, qalan 6-sı isə qrup ikincisi olaraq vəiqə qazanıb. Elit-raundda komandalar 4 qrupa bölünəcək. "Dördlər finalı"na yalnız qrup qalibləri qatılacaq.
Bu mərhələnin oyunları noyabrın 19-24-ü aralığında keçiriləcək. "Araz" elit-raundun qrup oyunlarına ev sahibliyi etməyə iddialıdı.
Birbaşa vəsiqə qazananlar: Kayrat (Qazaxıstan), Dinamo (Rusiya), Barselona (İspaniya), Sportinq (Portuqaliya).
Əsas mərhələnin qrup qalibləri: Viten (Belarus), Dyor (Macarıstan), Tulpar (Qazaxıstan), Xrudim (Çexiya), Ekonomats (Serbiya), Araz (Azərbaycan).
Əsas mərhələnin qrup ikinciləri: Slovan-Matiç (Slovakiya), Sarayevo (Bosniya və Herseqovina), Lokomotiv (Ukrayna), Litiya (Sloveniya), Eyndhoven (Hollandiya), Tarqu Mureş (Rumıniya).