Bu gün milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində nöbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız Şimali İrlandiyanı qəbul edib.
"Bakcell Arena"da keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə Rüfət Dadaşov açıb. O, Rauf Əliyevin ötürməsindən sonra topu rəqib qapısından keçirib. 90+4-cü dəqiqədə Conatan Evans cərimə meydançası yaxınlığında Rauf Əliyevə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Təyin olunan cərimə zərbəsini isə Mahir Şükürov qola çevirib.
Bu Azərbaycan və Şimali İrlandiya yığmaları arasında dördüncü qarşılaşma olub. Komandalar ilk dəfə DÇ-2006-nın seçmə mərhələsində eyni qrupa düşüblər. 2004-cü ilin 9 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Həmin vaxt millimizi Karlos Alberto Torres çalışdırırdı. 2005-ci ilin 3 sentyabrında Besfaltdakı "Vindsor Park" stadionda baş tutan cavab qarşılaşmasında britaniyalılar 2:0 hesablı qələbə qazanıb. Bu oyunda millimizi meydana Vaqif Sadıqov çıxarıb. DÇ-2014-ün seçmə mərhələsinin ötən ilin 14 noyabrında "Vindsor Park"da keçirilən ilk oyunu isə 1:1 hesabı ilə başa çatıb. Rauf Əliyev 5-ci dəqiqədə hesabı açıb, 90+6-da isə David Heali bərabərliyi təmin edib. Bu gün millimiz ilk dəfə bu rəqib üzərində qələbə qazanıb.
Qeyd edək ki, bu yığmamızın DÇ-2014-ün seçmə mərhələsində ilk qələbəsi olub. 8 oyunun 1-də qələbə qazanan, 5-də heç-heçə edən və 3 dəfə uduzan Berti Foqtsun yetirmələri 8 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız seçmə mərhələnin son oyununu 4 gün sonra Bakıda Rusiyaya qarşı keçirəcək.
DÇ-2014
Seçmə mərhələ
F qrupu
Azərbaycan - Şimali İrlandiya 2:0
Qollar: Rüfət Dadaşov, 58. Mahir Şükürov, 90+5.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 8. Qara Qarayev, 10. Rüfət Dadaşov (2. Bədavi Hüseynov, 90+3), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Araz Abdullayev (9. Cihan Özkara, 82), 17. Vüqar Nadirov (16. Cavid Hüseynov, 46), 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 13. Ali Gökdemir, 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 22. Əfran İsmayılov.
Baş məşqçi: Berti Foqts.
Şimali İrlandiya: 1. Roy Karroll, 2. Lee Hodson (7. Niall Makginn, 66), 4. Qaret Makoli, 5. Conatan Evans, 8. Stiven Davis, 9. Martin Paterson, 10. Şane Ferqyuson, 11. Kris Brant (20. Uilyam Makkay, 74), 14. Krayq Katkart, 16. Oliver Norvud, 19. Ceyms Vard (15. Uill Qriqq, 84).
Ehtiyat oyunçular: 12. Alan Mannus, 23. Mixael Makqovern, 3. Daniel Lafferti, 6. Kris Bayrd, 14. Corri Evans, 17. Aleks Brüs, 18. Rori Makardle, 21. Sammi Klingan, 22. Andrey Little.
Baş məşqçi: Mixael O`Neill.
Sarı vərəqələr: Rasim Ramaldanov, 63 - Oliver Norvud, 55.
Qırmızı vərəqə: Conatan Evans. 90+5.
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Bergonzi (İtaliya).
Hakim-inspektor: Adrian Kaşa (Malta).
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan).
Bakı. "Bakcell Arena". Saat 21.00.
1 | Rusiya | 9 | 7 | 0 | 2 | 19-4 | 21 |
2 | Portuqaliya | 9 | 5 | 3 | 1 | 17-9 | 18 |
3 | İsrail | 9 | 3 | 4 | 2 | 18-13 | 13 |
4 | Azərbaycan | 9 | 1 | 5 | 3 | 6-10 | 8 |
5 | Şimali İrlandiya | 9 | 1 | 3 | 5 | 8-16 | 6 |
6 | Lüksemburq | 9 | 1 | 3 | 5 | 7-23 | 6 |