13:51 05.06.2013 971

"Ramin Musayevdə günah axtaranlar həmin gün stadionda olmalı idilər"

Pəşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Qafqazinfo” ya müsahibəsi

- Ramin müəllim, arxada qoyduğumuz 2012-2013 mövsümünü PFL-in işi baxımından, qarşısına qoyduğu məqsədlər baxımından necə xarakterizə edərdiniz?

- Mövsüm olduqca maraqlı keçdi. Keçən illə müqayisədə bu dəfə ilk altılıqda başqa komandalara mübarizə apardılar. Çempion son turlarda müəyyən oldu. Halbuki, çempionat qızıl oyuna da gedib çıxa bilərdi. Ümumilikdə götürsək, çempionat gərgin və maraqlı keçdi. Gərgin keçən çempionatın nəticəsidir ki, Con Toşak,Yuri Syomin  kimi məşhur məşqçilər  Azərbaycanda işlməyə razılıq verdilər. Bu məşqçilər heç də gənc və təcrübəsiz deyillər ki, özlərini gəlib Azərbaycanda sınasınlar. Yetərincə təcrübəyə, şöhrətə sahib olan bu insanlar yəqin ki, heç vaxt səviyyəsiz bir çempioatda çalışmaq istəməzlər. Bu baxımdan deyə bilərəm ki, onları Azərbaycan çempionatına gətirən səbəblərdən biri də PFL-in bu mövsüm qarşısına qoyduğu məqsədlərinə çatmasıdır.

- Bəs, PFL növbəti mövsüm milli çempionatımızı daha maraqlı, daha da səviyyəli etmək üçün hansı planları gerçəkləşdirməyə çalışacaq?

- Açığı, gələn mövsüm haqqında indidən  danışmaq istəmirəm. Çünki vaxta hələ var. Son mövsümü yenicə bitirmişik. Ona görə növbəti mövsüm və ya planlar haqqında indidən danışmaq maraqsız olardı. İnşallah yeni mövsümün başlamasına 1 həftə qalmış,sizə yeniliklər haqqında ətraflı məıumat verərəm.

- Bildiyimiz kimi, artıq gələn mövsümdən etibarən Topaz Premyer Liqasında 10 klub, 4 dövrəli sistemlə mübarizə aparacaq. Necə fikirləşirsiz, bu klubların sayını azaltmaqdansa, artırmaq, çempionatımızı daha da maraqlı, gərgin olmasına şərait yaratmazdımı? Ən azından 16 klub olsaydı?

- Əlbəttə, klubların sayı çox olsaydı, çempionat daha maraqlı olardı. Məndən olsa, 20 klubun çempionatda mübarizə aparmasını istərdim. Ancaq kimlə, hansı komanda ilə?  Premyer Liqaya gəlmək istəyən yoxdu. Elə mətbuata deyirlər ki, gəlirik, amma ortada bir şey yoxdur. Qapımız açıqdır, kim istəyir buyursun, gəlsin. 4 komanda tapın sistemi dəyişim, gələn mövsümdən etibarən 10 yox, 14 komanda mübarizə aparsın. Şərtlərimiz də demək olar ki, yox dərəcəsindədir ki, premyer liqaya gəlmək istəyən klub bundan narazıçılıq etsin. Rövnəq Abdullayev AFFA-nın prezidenti olandan bəri artıq klublardan üzvlük haqqı almaq  məsələsi ortadan qaldırılıb. Öz dövlətinin milli komandasında oynayan futbolçuya görə legioner haqqı ödənilmır. Bunlar hamısı bir növ klublara dəstəkdir. Elə komanda var ki, 1 ildə heç 20 min-30 min pul ödəmir. Legioneri yoxdur, pul ödəmir və ya legionerlərinin hamısı öz milli komandalarında oynadıqları üçün klub pul ödəmir.

- Məlum olduğu kimi, iyun ayının 3-də AFFA Türkiyə Futbol Federasiyasının Türkiyə Super kubok oyununu Bakıda keçirilməsi təklifinə rədd cavabı verdi və bunu da sırf olaraq, vaxt azlığı ilə izah etdi. Siz necə düşünürsüz, AFFA-ya mane olan sırf vaxt azlığı oldu, ya başqa problemlər var idi?

- Yox başqa problemlər yoxdur. Bildiyiniz kimi 10 komanda, 4 dövrə artıq 36 oyun deməkdir. Bundan başqa, biz keçən ilin çempionat proqramını tutanda açığı inanmırdıq ki, “Neftçi” Avro Liqanın qrup mərhələsində iştirak etsin. Ancaq bu bizim səhvimiz oldu və çempionatın gedişində də bununla əlaqədar olaraq bir sıra təqvim dəyişikliyi oldu. Bu il bizi bütün bu məsələləri nəzərə almalıyıq, onsuz da çempionatımızda oyunların sayı artdı. Bütün bunları nəzərə alanda doğurdan da vaxtımızın çox az olduğunu görürük. TFF-nin təklifinə müsbət cavabın verilməməsinin ən əsas faktor ondan ibarətdir ki, avqust ayının 11-də Topaz Premyer Liqasının 2013-2014 mövsümünə start veriləcək və həmin gün çempionatımızda ilk oyunlar keçiriləcək. Doğrudur, hələ ki, püşkatama olamyıb, ancaq avqustun 11-də artıq ilk oyun keçiriləcək.

- Qalmaqallı keçən Azərbaycan kubok finalında Ramin Musayev ətrafında bir neçə mühafizəçi ilə meydana daxil olur və yaranan problemi həll etməyə çalışır. Ümumiyyətlə PFL-in və ələlxüsus da  onun prezidentinin bu cür məsələlərə birabaşa müdaxilə etməsi nə dərəcədə düzgündür? Bu təhlükəzsiliyi həmin matçın nominal ev sahibi olan klub “Neftçi” özü etməli deyildimi?

- Əvvəla onu deyim ki, çempionatı və kubokun finalını biz keçiririk. Ev sahibi deyəndə isə “Neftçi” orada nominal olaraq bu vəzifəni yerinə yetirir. Ancaq bütün təşkilatçılıq məsələlərinə cavabdeh olan tərəf biz idik. Ümumilikdə götürsək, nəinki Azərbaycan kubokunun final oyunu, bütün çempionat boyu biz Daxili İşlər Nazirliyinə, hansı rayonda, bölgədə oyun keçiriləcəksə, həmin ərazinin polis rəislərinə təhlükəsizliyin təmin olunmasına dair məktub göndərilir. Onlar da bu vaxta qədər tam şəkildə bu işin öhdəsində gəliblər. Gəlin,Türkiyə çempionatına nəzər salaq. Orada hansı hadisələr baş verir ancaq bizim hüquq muhafizə orqan nümayəndələrimiz belə hadisələrin baş verməsinə qəti imkan vermirlər. Final oyununda da 120 dəqiqə ərzində, sonda yaranan dava dalaşı çıxsaq, heç bir neqativ hal baş vermədi. Heç bir azarkeş biri-birini döymədi. Yalnız həmin o 10-12 saniyəlik dava dalaş bütün bu təçkilatçılıq məsələlərinin üstündən xətt çəkdi. Əgər həmin davadan sonra fikir verdinizsə, bir-birini döyən həmin insanlar barışdılar. Ancaq insanlar bu 10 saniyəlik bir gərginliyi 10 saat etmək istəyirlər və bu məsələni unutmaq, sakitləşdirmək əvəzinə günlərdir daha da qıcıqlandırrılar. O ki, qaldı mənim stadiona düşməyim və olanlara  müdaxilə etməyim bu mənim birinci olaraq insanlıq borcum idi. Çünki mən baxdım ki, meydanda bir klubun rəhbərliyi var, digərininki yoxdur və dalaşanlar da emosiyalarını cilovlaya bilməyən gənc uşaqlardır. Buna görə də istədim ki, hadisəyə özüm müdaxilə edim.

- “Xəzər” TV-də çıxışınız zamanı bildirdiniz ki,  qalmaqal anında “Xəzər Lənkəran” klubunun rəhbərliyi orada olmayıb və bir növ bu insidentin böyüməyinə səbəb bu olub. Bəs, necə düşünürsünüz, bu fikriniz bir PFL prezidenti olaraq bitərəflilik prinsipinin pozulmasına şərait yaratmadı ki?

- Mən “Xəzər Lənkəran” rəhbərliyini ittiham etmirəm. Sadəcə olaraq demişəm ki, rəhbərlikdən heç kim stadionda yox idi və dediyimin üstündə də dururam. Bu gün Ramin Musayevdə günah axtaran şəxs və ya şəxslər həmin gün stadionda olmalı idilər.

- AFFA çempionat boyu və ya kubok oyunlarından sonra bu və ya digər səbəblərə görə klubları cərimələyir və müəyyən məbləğdə pul alır. Bu yığılan pullar konkret olaraq, hansısa məqsədlərdən ötrü xərclənilirmi?

- Bu pullar sırf olaraq PFL-ə gəlir. Biz ictimai birliyik və başqa yerdən maliyyələşmirik. Sırf o pulların müqabilində PFL işçilərinə maaş verilir. Cərimə pullarıdır, legionerlərin üzvlük haqlarıdır - bütün bunlar bizə gəlir və biz bunun sayəsində maliyyələşirik.

- Əgər Türkiyə Super Kubokunun finalı Bakıda keçirilsəydi, Ramin Musayev adi azarkeş kimi “Qalatasaray”, yoxsa “Fənərbaxça”ya azarkeşlik edəcəkdi?

- “Qalatasaray”a! Mən çoxdan “Qalatasaray”ı sevirəm. Bu 1-2 ilin içində yaranan bir şey deyil. Uzun müddətdir ki, mən bu kluba azarkeşlik edirəm. Bundan önəmlisi də odur ki, mən Türkiyə yığmasının  azarkeşiyəm. Bir neçə il bundan qabaq da “Qalatasaray”lı futbolçular Türkiyə yığma komandasının əsasını təşkil edirdi. Bu da məni “Qalatasaray”ı sevməyə məcbur edən faktlardan biridir.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X