"Neftçi” klubunun futbolçusu Julius Vobay komandasından ayrılmaq üzrədir. Qol.Az-ın məlumatına görə, “Neftçi” ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi komandası ilə müqaviləni yeniləmək fikrində deyil. Onun ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan Kipr “Apoel”inə keçəcəyi gözlənilir.
Qol.Az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə hələlik futbolçunun heç bir klubla rəsmi razılığa gəlmədiyini deyib. “Vobay öz ölkəsinə milli komandasının oyununa görə gedib. Hələlik onunla danışıqlarımız davam edir. Vobayın meneceri ilə son danışıqdan sonra onun “Neftçi”də qalıb-qalmayacağı müəyyənləşəcək. İyulun 12-də bu məsələyə tam aydınlıq gələcək”.
Klub rəsmisi çilili hücumçu Nikolas Kanaleslə danışıqların müsbət getdiyini və futbolçunun “Neftçi” ilə yeni müqavilə bağlamaq istədiyini bildirib.