İki futbolçu «Qarabağ»dan ayrılıb.
Komandanın bombardiri Riçard Almeyda və qışda «Anderlext»dən transfer edilən Reynaldo Silva mövsümün sonunu gözləmədən düşərgəni tərk edib.
Dünən klub Riçardın zədələndiyini və mövsümü bitirdiyini açıqlayıb. Reynaldonun da zədəsinin olduğu və bu səbəbdən son turda meydana çıxmayacağı bildirilir. Bu səbəbdən baş məşqçi Qurban Qurbanov hər iki braziliyalıya vaxtından əvvəl vətənlərinə yollanmaağa icazə verib.
Riçardla Reynaldov komandanın iyunun əvvəlində başlayacaq hazırlıqlarına qoşulacaq.
Fanat.az