21:31 26.11.2013 581

Flavinyo: "Belə futbol oynamaq olmaz"

"İnter"lə oyunda mənə qarşı edilən kobudluqlar ilk dəfə deyildi. Azərbaycana gəldiyim mövsüm ayağımı sındırdılar. Uzun müddət oynaya bilmədim. Bilmirəm bu qəddarlıq nədən qaynaqlanır. Belə futbol oynamaq olmaz". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.

"İnter"lə oyunda qırmızı vərəqə alan braziliyalı Azərbaycanda futbolçuların ona qarşı qəsdən kobud oynadığını bildirib: "Mən Braziliya A seriyasında da oynamışam və çox gözəl bilirəm ki, qayda pozuntusu nədi. Karyeram ərzində qırmızı vərəqə almamışdım. Azərbaycanda isə 3 dəfə meydandan kənarlaşdırılmışam və bunların ikisində məhz Rəhim Həsənov mənə qırmızı vərəqə göstərib. Özü də mənə qarşı edilən hərəkətlər qəsdən xəsarət yetirmək niyyəti ilə edilir". 

"İnter"lə oyundan danışan Flavinyo rəqib oyunçuların onu təxribata çəkdiyini deyib: "İnter"lə oyunu izləyən hər kəs gördü ki, rəqibin 19 və 88 nömrəli futbolçuları fürsət düşdükcə ayağıma zərbə endirirdi. Belə olan halda yalnız hakim müdaxilə edərək rəqib futbolçunu vaxtında cəzalandırmalı idi. Oyun ərzində bir neçə dəfə mənə qarşı kobudluq edildiyini baş hakimə desəm də, o əvəzində yalnız gülməklə kifayətləndi. Buna görə də rəqib oyunçu kobudluğunu daha da artırır və məni təxribata çəkməyə çalışırdı. Gah futbolkamdan tutub çəkir, gah da ayağıma zərbə endirirdi, buna baxmayaraq oyunu davam etdirirdim. Nəticədə “İnter”in simulyasiya etmiş futbolçusu sarı vərəqə aldı, mən isə meydandan uzaqlaşdırıldım. Gördünüz ki, həmin futbolçu sarı vərəqə alandan sonra necə ehtiyatla oynamağa başladı, deməli onu vaxtında cəzalandırmaq lazım idi". 

Braziliyalı futbolçu hakimin cəzalandırılmalı olduğunu bildirib: "Bu cür hallara hələ nə qədər dözməliyəm? Təəssüf ki, AFFA-nın İntizam Komitəsi də epizoda obyektiv münasibət bildirmədi. Belə çıxır ki, əgər futbolçu texnikalı oyun göstərirsə onu sındırmaq lazımdı. Bütün dünyada referilər gözəl oyunun qorunması üçün mənim kimi futbolçulara qarşı kobudluğa görə rəqibi dərhal cəzalandırırlar. Mən təkcə özümü demirəm. Azərbaycan çempionatında Riçard Almeyda, Reynaldo, Rəşad Sadiqov, Araz Abdullayev, Əfran İsmayılov, Elvin Məmmədov kimi topla çox yaxşı davranan oyunçular var. Əgər bu gün mənə qarşı belə münasibət göstərilirsə, sabah onlara qarşı da ediləcək. Bundan öncə də demişdim ki, meydanda belə rəftar nəinki karyeramı, hətta sağlamlığımı da zərbə altında qoya bilər. Başqa çempionatlarda matçın taleyini aparıcı oyunçular həll edir, Azərbaycanda isə oyunun hakimi ön plana çıxır. Bu cür hallara ədalətli qiymət verilməlidi. Mənim nə günahım var ki, iki oyunluq cəzalandırılıram? Cəzalanmalı olan varsa o da baş hakim və mənə qarşı antifutbol oynayan futbolçulardı".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X