17:50 11.06.2013 864

"Foqts kimdir ki, bizi ələ salır?"

“Futbolçularımız nəyi bacarırdısa, onu da ortaya qoydular. Sadəcə yaradılan qol vəziyyətlərindən yararlana bilmədilər. Rəqib də meydançada istənilən hərəkəti etməyə icazə verən bir komanda idi. Amma son nöqtəni qoya bilmədik. Bu da futbolçularımızın ustalıq səviyyəsini göstərir ki, vəziyyyət ürəkaçan deyil. Halbuki, Lüksemburq bizə rəqib ola bilməz. Çünki bizim futbola göstərilən qayğı, klublarda, milli komandalarda görilən işlər göz qabağındadır. Ona görə də belə bir komandanı gözüyumulu da udmağa qadir olmalıydıq”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri milli komandamızın sabiq üzvü və “Neftçi” klubunun məşqçisi Kamal Quliyev Azərbaycan yığmasınn DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyun (1:1) haqda danışarkən deyib.

O, millimizin qalib gələ bilməməsinə çox təəssüfləndiyini bildirib və Araz Abdullayevin çıxışını qiymətləndirib: “Hesabda öndə olarkən meydançada dəyişikliklər olmalı idi. Onu da etmədik. Hesabı qoruyub saxlamaq da olardı. Hətta bir neçə epizodda qola yaxın olduq.  Bir sözlə işimizin öhdəsindən gəlmədik. Oyunun nəticəsi onu deməyə əsas verir ki, Lüksemburq millisindən heç də fərqlənmirik. Dəfələrlə Araz Abdullayevin milli komandada oynaması tklifini irəli sürmüşdük. Görürdük ki, Araz yığmamıza xeyir verə biləcək futbolçudur. Lüksemburqla oyunda da hamı bunun şahidi oldu. Futbol kollektiv oyundur. Şəxsi prinsipləri kənara qoymaq lazımdır. Araz çoxdan milli komandada oynamalı idi”.

K.Quliyev milli komandamızın son dövrlərdəki uğursuz çıxışlarının əsas təqsirini baş məşqçi Berti Foqtsda görür: “Hər bir komandanın qazandığı nəticəyə cavab verən şəxs var ki, o da baş məşqçidir. Hər bir halda baş məşqçi tənqidlərə cavab verməlidir. Komandamızın zəif çıxışın səbəbini Berti Foqtsda görürəm.  Mən də çoxları kimi düşünürəm ki, Berti Foqts komandadan getməlidir. Onunla heç bir şəxsi qərəzim yoxdur. Sadəcə olaraq istəyirəm ki, hansı əcnəbi bir mütəxəssis ölkəmizdə işləyirsə, o, bizə xeyir versin. Əgər biz ondan yararlana bilmiriksə, əvəzinə öz məşqçilərimiz işləsə daha yaxşı olar. Millinin futbolçuları hamısı daxili çempionatda oynayır. Ona görə də bizə əcnəbi mütəxəssis lazım deyil. O zaman lazım olar ki, komandanın yarısından çoxu legioner həyatı yaşasın. Çox gülməlidir ki, Foqts açıqlamalarında bizi ələ salır. Lüksemburqla oyundan sonra deyib ki, təəssüf ki, özüm futbol oynaya bilmirəm. Sən beş ildir milli komandanın başındasan. Bəs bunu necə başa düşək? O kimdir ki, bizi ələ salır? Ona görə də mən də Foqtsun istefa verməsinin tərəfdarıyam”.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X