19:49 05.12.2013 550

"Sumqayıt" bəyanat yaydı: "Mətbuat..."

"Sumqayıt" bəyanat yayıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi mətbuatı günahlandırıb. Bəyanatı olduğu kimi təqdim edirik:

"Son günlər mətbuat səhifələrində klubumuz haqqında bəzi xoşagəlməz açıqlamalar dərc olunmaqdadı. Səslənən qeyri-obyektiv fikirlər olduqca təəssüf doğurur.

"Sumqayıt" Futbol Klubunun hansı məqsədlər üçün yarandığı hərkəsə məlumdu. Ümumilikdə, klubumuz Premyer Liqada çıxış edən digər komandalar arasında ən çox yerli və gənc futbolçuların xidmətindən yararlanan kollektivdi. "Sumqayıt" yarandığı gündən ölkənin aparıcı klublarından gənc futbolçuları icarəyə götürməklə onlara Premyer Liqa təcrübəsi qazandırıb və futbolçuları milli komandalar üçün yetişdirib.

Azərbaycan çempionatında çıxış etdiyimiz qısa zaman kəsiyində Premyer Liqada çıxış etməyən və futbol azarkeşlərinə tanış olmayan Bədavi Hüseynov, Abdulla Abatsiyev, Andrey Popoviç, Ruslan Tağızadə, Murad Ağayev, Tərlan Quliyev, Hacı Əhmədov, Murad Səttarlı, Emil Balayev, Kamil Nurəhmədov, Orxan Əliyev, Ruslan Nəsirli kimi futbolçular məhz "Sumqayıt" Futbol Klubunda parlayaraq milli komandalara qədər yüksəlib. 

Son iki il ərzində A milliyə dəvət olunmuş Andrey Popoviç, Səlahət Ağayev, Ruslan Qurbanov, Murad Ağayev, Uğur Pamuk və Pərdis Fərcad-Azad kimi futbolçular "Sumqayıt" FK-da çıxış etdikdən sonra yığmanın çalışdırıcısı Berti Foqtsun diqqətini cəlb edib.

Arzu edirik ki, Premyer Liqada mübarizə aparan digər klublarımız da bizim qədər milli komandaların mənafeyini düşünəcək. 

"Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə qışda "Sumqayıt"dan ayrılaraq məxsus olduqları kluba qayıdacaq 4 futbolçu məhz bizim komandada təcrübə toplayaraq milli komandalara çağırılmağa başlayıb. Bu da olduqca sevindirici haldı ki, "Neftçi" kimi komanda həmin 4 futbolçunun xidmətində maraqlı olduğu üçün onları geri qaytarır. Ümid edirik ki, ardıcıl 3-cü mövsümdə ümumilikdə 50-dən artıq Premyer Liqanın oyununda iştirak etmiş Slavik Alxasov və Ruslan Qurbanov kimi futbolçular bundan sonra da Premyer Liqada oynamaq şansı qazanacaq.

Bütün bunlara baxmayaraq, "Sumqayıt" Futbol Klubu tutduğu yolu davam etdirəcək və milli komandalar üçün istedalı gənclər yetişdirməkdə davam edəcək".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

Facebookdan bizi izləməyi unutmayın.
X