17:41 06.12.2013 676

Soyuq müharibə başlayıb - 2 gün qaldı


Dekabrın 8-də baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasını səbirsizliklə gözləyən çoxdu. Münasibətlərinə mərkəzi arenada aydınlıq gətirəcək iddialıların 90 dəqiqə azarkeşlərə zövqlü anlar yaşadacağı şübhə doğurmur.  Şübhəsiz tərəflər qələbə qazanmağı hədəfləyib. Zəfərin kimə qismət olacağını final fitindən sonra biləcəyik. Hələ ki, sözügedən matça ön söz yazmaq dəmidi.

 

Həmin “quru sülh”

 

Ötən mövsüm premyer-liqa çərçivəsində 4 dəfə üz-üzə gələn tərəflərin yolları ölkə kubokunun yarımfinalında da kəsişmiş və nəticələri bir kənara qoysaq, 6 qarşılaşmanın hamısında səviyyəli futbola şahidlik etmişdik. Cari “futbol ili”ndə 8-ci turda gerçəkləşən duel ərəfəsində jurnalistlərin, tərəfdarların və futbol ictimaiyyətinin müxtəlif nümayəndələrinin oyundan çox şey gözləməsi başadüşülən idi. Heyətini gücləndirən, heyətdəki samballı legionerlərin sayını artıran “köhlən atlar”la çempionun mübarizəsindən bol qol gözləyənlər istəyinə çatmadı. “Neftçi” azarkeşlərinin “Avropa derbisi” adlandırdığı görüş 0:0 hesabıyla başa çatdı. Tribunalarda hər hansı gərginlik yaşanmadı. Bir-birinin ünvanına plakatlar və şüarlar vasitəsi ilə kompliment göndərən rəqib azarkeşlərin ultramehribanlığı öz yerində, oyun epizodunda zədələnən Bruno Bertuççiyə “Qarabağ”ın həkiminin ilk yardım göstərməsi, oyundan sonra düzənlənən mətbuat konfransındakı sıravilik “quru sülh”lə düz mütənasib idi. Təbii, həmin görüşdə komandalardan biri qələbə qazansaydı, neytral azarkeşlər növbəti qarşılaşmanın daha prinsipial ab-havada keçəcəyinə şübhə etməzdi. Ancaq indiki durum da  matçın nəfəsləri kəsən oyun statusu daşıyacağını proqnozlaşdırmağa əsas verir.

 

Zirvə savaşı

 

31 xalla turnir cədvəlinə başçılıq edən “Neftçi” özündən 1 xal geri qalan ən yaxın izləyicisi ilə qarşılaşacaq. Zirvə uğrunda savaşın matça əlavə gərginlik gətirəcəyi şübhə doğurmur. Ötən mövsümün son turlarınadək çempionluğu qovan ağdamlılar məhz flaqmana həlledici görüşdə yenilərək arzusundan əl çəkmək məcburiyyətində qalmışdı. Qurban Qurbanov bilir ki, bakılılar qızıl medallara yenə real namizəddi, bu komandanı indidən üstələyib hər şeyi sona saxlamamaq isə çempionluq uğrunda yarışın başlıca şərtlərindəndi. Öz növbəsində Nazim Süleymanov da sayılıb-seçilən yerli həmkarının ciddi təhlükə olduğunu anlayır.

 

3 oyunluq qələbəsizlik

 

İstər “Neftçi”ni, istərsə də Ağdam təmsilçisini turnir cədvəlindəki mövqelərə nəzərən ciddi tənqid atəşinə tutmaq absurddu. Bununla belə, müəyyən məqamlar var ki, sözügedən kollektivlərdəki çatışmazlıqları aşkar şəkildə ortaya qoyur. “Qarabağ”ın son 3 çempionat oyununda zəfər görməməsi reallıqdı. AZAL-la Şüvəlanda 1:1 hesablı heç-heçəyə razılaşan “köhlən atlar” öz meydanında “Rəvan”, Zaqatalada “Simurq”la qolsuz bərabərliklərə razılaşması 6 mümkün xalın əldən çıxması anlamındadı. Qurbanovun yetirmələri bu görüşlərdə qələbə qazansaydı, hazırda flaqmana yuxarıdan aşağı baxardı. Ortabablarla görüşlərdə itirilən xalların təəssüfünü mövsümün sonunda yaşasalar, təəccüblənməyin. Çıxış yolu daha güclü rəqibi yenib qələbəsizlik sindromuna son qoymaqdı. Alınıb-alınmayacağını zaman göstərəcək.

 

Süleymanov hələ sübut etməyib

 

“Xəzər Lənkəran” üzərində 4:1 hesablı parlaq qələbəni Con Toşakın necə deyərlər, quyunun dibinə atıb getdiyi “gəmiçilər”in fərasətsizliyi ilə bağlamaq yerinə düşər. Süleymanovun komandasının oyun planında adından söz etdirmədiyini mütləq vurğulamalıyıq. Bakı təmsilçisinin vitse-prezidenti Tahir Süleymanov demişkən, “ağ-qaralar” sanki potensialının 50 faizini nümayiş etdirməklə kifayətlənir. Ağdamlılarla oyun bu baxımdan Nazim bəy üçün də imtahandı. 14-cü turda “İnter” önündə zəif görünən(1:3), autsayder “Sumqayıt”ı hesabat turunda çətinliklə yenən (2:1) xalq komandası liderə layiq oyunla diqqət çəkməlidi ki, ona bəslənilən ümidlər doğrulmuş sayılsın.

 

Soyuq müharibə başlayıb!

 

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin “İnter”lə oyunda qırmızı vərəqə alan Flavinyonun cəzasını yüngülləşdirməsinə Qurban Qurbanovun münasibətini yazmışdıq. AZAL-a kubokun 1/8 finalında keçirdikləri və minimal hesabla qalib gəldikləri oyundan sonra Qurban bəy "vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdı. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim" demişdi.

Artıq Qurbanovun açıqlamasına Süleymanov cavab verib. O, Fanat.az-a açıqlamasında bunları deyib: "Birincisi qırmızı vərəqə ləğv olunmayıb. Ləğv olunsaydı, Flavinyo elə "İnter"lə oyunda 3 dəqiqə sonra meydana dönərdi. Futbolçumuza qırmızı vərəqə verilib və o, buna görə "Sumqayıt"la oyunda bizə kömək edə bilməyib. Apellyasiya və Ekspert Komitəsinin qərarı isə haqq-ədalətin bərpasıdı. Qurban Qurbanova böyük hörmətim var. Onu da qeyd edim ki, sabah "Qarabağ"ın aparıcı futbolçularından Reynaldo, Riçard və başqaları eyni halla üzləşsə, biz "Neftçi" klubu, futbol mütəxəssisi, baş məşqçi olaraq bu qərarı yalnız alqışlaya bilərik".

Gördüyünüz kimi, çalışdırıcılar arasında soyuq müharibə başlayıb. Hadisələrin belə inkişafı isə futbol adına xoş görüntülər vəd edir. İndidən heyətdəki itkiləri müzakirə etməyə gəlincə, tələsməmək məsləhətdi. Cəzalı Denis Silvanın oynamayacağı dəqiqdisə, qarşıdakı günlərdə zədələr ola bilər.

 

NIHAT, "Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X