16:09 12.06.2013 856

Yunis Hüseynov: "2-3 təklif almışam"

“Xəzər Lənkəran”dan gedəndən sonra 2-3 təklif almışam. Ancaq mənə sərf etmədiyindən qəbul etmədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib. Lənkəranlılarla ötən ilin noyabrında yollarını ayıran 48 yaşlı mütəxəssis artıq 7 aydır işsizdir.

Hüseynovun sözlərinə görə, güclülər dəstəsində yerini qoruya bilməyən “Kəpəz”in yeni baş məşqçisi olacağı haqda çox danışılsa da, hələ ki belə təklif almayıb: “Yəqin ki, Gəncənin icra başçısı Elmar Vəliyevlə yaxşı münasibətlərimin olduğuna görə belə deyirlər. Ancaq hazırda bu variant yoxdur. Bir də orda hələ komanda yoxdur, yığışmayıb. Mənə I dəstədən təklif gəlib. Orada işləməyi qəbahət saymıram. Bu, niyə qəbahət olmalıdır ki? Əsgər Abdullayev I divizionda çıxış edəcək “Araz”a baş məşqçi getdi və ona uğurlar arzulayıram. İnanıram ki, Naxçıvanda yaxşı komanda olacaq. Yəni əsas məsələ komandanın iddialı olmağı, qarşısına məqsəd qoymağı və bunun üçün yaradılan şəraitdir”. 

“Xəzər Lənkəran”ı 9 illik tarixində ilk və yeganə qələbəsinin memarı olan, onu ilk dəfə mərhələ adlatmış mütəxəssis yenidən iş başında olacağına inanır: “İnşallah, bizim də işləməyə zamanımız gələr. Əlbəttə, işsiz olanda həyat darıxdırıcı keçir, adam tənbəlləşir. İnanıram ki, yaxşı dəvət alıb, növbəti mövsümdə çalışacağam. Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Mən potensial rəqiblərinə baxmışam və hər 4 komandamızın ilk mərhələni keçəcəyinə inanıram. Bundan sonra çox şey püşkdən, düşəcək rəqiblərdən asılıdır”.

Hazırda reallıq belədir ki, klublarımız daha çox əcnəbi mütəxəssislərə güvənir və nəticədə azərbaycanlı məşqçilərin çoxu kənarda qalır. Hüseynov öz mütəxəssislərimi hesabdan silməməyi tövsiyə edir: “Statistikaya baxanda, görürsünüz ki, Azərbaycanda nəticələri demək olar öz məşqçilərimiz verir. Əcnəbi mütəxəssisləri gətirmək klub rəhbərlərinin səlahiyyətində olan məsələdir. Yəqin ki, onlar ad-sana üstünlük verirlər. Bizim məşqçilər isə ölkədən kənarda işləmədiyindən çox tanınmırlar. Əgər Azərbaycan futbolunun, çempionatının səviyyəsi yüksək, yaxşı reklam olsaydı, bizim də oyunçular, məşqçilər xaricə gedib, çox tanınardılar. Məsələn, deyirlər ki, gedin, Braziliyadan futbolçu gətirin. Çünki Braziliya dünyada futbol ölkəsi kimi tanınır, bir markadır. Almaniyada da bir çoxlarını tanımadığımız halda, məşqçi kimi işləməyə dəvət edirlər. Çünki onlar özünü futbol ölkəsi kimi dünyada tanıtmış Almaniyanın təmsilçiləridir”.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X