"Xəzər Lənkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu ilin son oyununda kapitanı Rahid Əmirquliyevin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsi olub. "Rəvan"la oyunun 70-ci dəqiqəsində əllə oyuna görə cəzalanan Rahid cəzalı duruma düşüb. Kapitan bu səbəbdən dekabrın 20-da "Sumqayıt"la keçiriləcək oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Əmirquliyev bundan əvvəl AZAL, "Qarabağ" və "İnter"lə oyunlarda cəzalanmışdı.
Fanat.az