12:39 17.12.2013 534

"Mövsümün əvvəlindən hədəfimiz çempionluqdu" - MÜSAHİBƏ

"İnter"in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyevin müsahibəsi

- Son tur komanda “Sumqayıt”ı böyük hesabla məğlub etdi. Bəli, rəqib o qədər də güclü deyildi, lakin buna baxmayaraq  “İnter” oyuna diqqətlə yanaşdı.
- Tamamilə doğrudu. Matçdan öncə futbolçularla söhbətim oldu və həmin görüşdə qeyd etdim ki, rəqibi düzgün qiymətləndirmək lazımdı. Ola bilər ki, onlar turnir cədvəlinin sonunda qərarlaşsınlar, bununla belə, bu matça biz diqqətlə yanaşmalıyıq. Bu, belə də oldu. Komanda özünün potensialını göstərdi və böyükhesablı qələbə qazandı. Son matçlarda oynumuzu tam göstərmək bizə müyəssər olmurdu, ancaq “Sumqayıt”la matçda alındı. Komandaya öz gücünü göstərmək nəsib oldu, biz 90 dəqiqə ərzində meydanda vəziyyətə tam nəzarət etdik.
 
- Çempionatın birinci hissəsinin sonuna “İnter” aşkar lider rolunda yaxınlaşdı. Komanda yaxın rəqibini 11 xal qabaqlayır. Bu vəziyyət komandaya mənfi təsir göstərə, yəni onun vaxtından əvvəl rahatlaşmasına səbəb ola bilərmi?
- Biz bu barədə futbolçularla artıq danışmışıq. Onlar mövsümün ikinci hissəsinə, ilk növbədə psixoloji planda hazır olmalıdılar. Bizə rahatlaşmaq olmaz. Yolun yarısı hələ qarşıdadır və biz mövsümün həmin hissəsini inamla keçməliyik. Mövsümün ikinci hissəsində bizi Zaqatalaya iki çətin səfər gözləyir, bundan başqa “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və digər ambisiyalı komandalarla iki dəfə qarşılaşmalıyıq. Biz anlayırıq ki, yekun qələbə haqqında düşünmək hələ tezdi, indi bizə mövsümün final hissəsinə köklənmək lazımdı.
 
- Mövsümün əvvəlində çempionluq uğrunda mübarizəni gözləyirdiniz?
- Doğrusu, öncədən çempionluğa köklənmişdik. Mövsümün başlanmasına az qalmış oyunçularla söhbət etdim və onlara dedim ki, məqsədimiz yalnız birinci yerdi. Komandamızda bir çox istedadlı uşaqlar var. Onlar uzun müddətdi bir yerdə oynayırlar və oyun praktikası baxımdan problem yoxdu. Bundan başqa, bir necə futbolçu “İnter”in əsas heyətinə çağrılır və birlikdə məşq edirlər. Onların oyunlarında böyük irəliləyiş var və onlar ciddi tapşırıqları həll etməyə hazırdırlar. Komandamızın oyun tərzi “İnter”in əsas komandasının oyun tərzinə maksimal dərəcədə yaxındı. Biz onların oynadıqları kimi oynamağa çalışırıq.
 
- Mövsümün ikinci hissəsinə hazırlıq planında qış təlim-məşq toplanışı da böyük rol oynayır. Qış hazırlıq planı barədə bilmək maraqlı olardı.
- Çox güman qış toplanışı “Şəfa” stadionunda keçəcək. Yanvarın 5-də toplaşmağı və ayın 24-dək hazırlaşmağı planlaşdırırıq. Planlarımıza 5 yoldaşlıq matçının keçirilməsi daxildi. Yaxın vaxtlarda rəqiblərimiz məlum olacaq. Toplanışda “İnter”in U-17 komandasından 5 futbolçu da iştirak edəcək. 

inter.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

Facebookdan bizi izləməyi unutmayın.
X