“Neftçi” rəhbərliyinin oyun qurucusu Nikolas Violanı almaq istəyi düyünə düşüb. Apasport.az saytı xəbər verir ki, 23 yaşlı italiyalı futbolçu böyük ehtimalla “ağ-qara” formanı geyinməyəcək.
İtaliya mətbuatının iddiasına görə, dünən axşam “Palermo” və “Recina” hüquqşünasları arasında gedən söhbətdən sonra futbolçunun “Neftçi”yə icarəyə getməməyi qərara alınıb. Buna səbəb Violanın ölkəmizdə oynamaqda maraqlı olmamağı göstərilir.
Bununla belə, razılaşma baş tutsaydı Viola “Neftçi”də 1 ilinə 300 min dollar qazanacaqmış. Üstəlik, klub prezidenti Sadıq Sadıqov onun ailəsinin Bakıda evlə təmin olunmasına söz veribmiş.
Qeyd edək ki, “Neftçi” Violaya hələ yanvardan maraq göstərirmiş. Futbolçu hazırda “Palermo”ya məxsus olsa da, müqaviləsində satışı zamanı doğma klubu “Recina”nın da fikrinin öyrənilməsi bəndi var.
İdman24.az