«Qarabağ» daha bir futbolçusu ilə razılığa gəlib. İdman24.az xəbər verir ki, Ağdam klubu İlqar Qurbanovla anlaşıb.
Qurbanov artıq «Qarabağ»la yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən o, daha bir il Ağdam klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2011-ci ildən «Qarabağ»da çıxış edən İlqar cari mövsümdə Premyer Liqada 21 oyun keçirib və 1 qol vurub. O, əvvəllər «Xəzər Lənkəran», AZAL, həmçinin Türkiyənin «Fənərbaxça», «Boluspor» və «Mersin İdman Yurdu» klublarında çıxış edib. Qurbanovu «İnter» heyətinə qatmaq istəyirdi.
İdman24.az