UEFA Çempionlar Liqasının və Avropa Liqasının ilkin təsnifat mərhələlərinin püşkatma mərasiminin başlama saatları müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 24-də Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Avropa Liqasının I təsnifat mərhələsinin püşkatması 16.00-da, ikinci mərhələnin püşkatmasıı isə 17.30-da start götürəcək.
Qeyd edək ki, hər iki mərasim UEFA-nın Nyondakı mənzil qərargahında baş tutacaq.
Onu da qeyd ki, Azərbaycanı Çempionlar Liqasında «Neftçi», Avropa Liqasında isə «Qarabağ», «İnter» və «Xəzər Lənkəran» təmsil edəcək.
İdman24.az