AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub:
- 2013/2014 mövsümündə I divizionda çıxış edəcək Turan” klubunun aktivindən 6 xal silinsin.
15 iyun 2013-cü il U-16 Liqasının AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
15 iyun 2013-cü il U-16 Liqasının “Turan” – “Rəvan” matçının 64-cü dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Zeki Sinanla “Turan” klubunun 7 №-li futbolçusu İlkin Rzayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).
15 iyun 2013-cü il U-16 Liqasının “Qarabağ” – “Vətən” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun 99 №-li futbolçusu Cəmil Məmmədli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 iyun 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin NTD – “Neftçi-2” matçının 30-cu dəqiqəsində “Neftçi-2” klubunun 14 №-li futbolçusu Saleh Həsənli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 iyun 2013-cü il futzal üzrə Azərbaycan birinciliyinin “Baku Flames” – “Xəzri” matçının 15-ci dəqiqəsində “Baku Flames” klubunun 8 №-li futbolçusu Orxan Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
15 iyun 2013-cü il həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Kia Motors” – “Zəfəran” matçının 48-ci dəqiqəsində “Zəfəran” klubunun 10 №-li futbolçusu Elxan İsmayılov, “Kia Motors” klubunun 8 №-li futbolçusu Əsgər Alışanov və 9 №-li futbolçusu Neymət Ömərov dava-dalaşda iştirak etdiyinə görə birbaşa vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu 6 oyunluq cəzalanır (maddə 39.2).
İdman24.az