Azərbaycan Milli Abilimpiya Federasiyasının dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizə səfərə gəliblər.
Fanat.Az xəbər verir ki, səfərin məqsədi Milli Abilimpiya Federasiyasının inzibati heyətinə yerli və beynəlxalq çempionatlara hazırlıq, milli komandanın formalaşdırılması və Abilimpiya hərəkatı haqqında metodiki və praktiki seminarlar keçməkdir.
Həmçinin səfər çərçivəsində Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov və Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbəri İqor Qribanov anlaşma memorandumu imzalayıblar.
Memorandum qarşılıqlı əlaqələrin qurulması, birgə seminarların təşkili və 2022-ci ildə Rusiyada keçiriləcək Abilimpiya çempionatına hazırlıq məqsədi daşıyır.