15:57 12.08.2022 1219

İslamiada: Azərbaycan ilk "3-lük" iddiasında

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bugünlərdə ölkə idman ictimaiyyətinin diqqəti qardaş Türkiyəyə - V İslam Həmrəyliyi Oyunlarının keçirildiyi Konya şəhərinə yönəlib. 

Daha əvvəl Azərbaycan paytaxtı Bakıda baş tutan və medal sıralamasında birinci olduğumuz Oyunlara ölkəmiz bu dəfə də geniş və iddialı heyətlə qatılıb.

Yarışlara ölkənin ümumilikdə 281 idmançısı yollanıb. Bunlardan 10-u ağırlıqqaldırma, 12-si atıcılıq, 6-sı atletika, hərəyə 4-ü olmaqla kişi və qadınlardan ibarət 3x3 basketbol komandaları, 14-ü cüdo, 23-ü futbol, 28-i güləş, 5-i, 17-si gimnastika (5-i idman gimnastikası, 3-ü aerobika, 9-u bədii gimnastika), hərəyə 16 olmaqla kişi və qadınlardan ibarət həndbol komandaları, 15-i karate, 24-ü kikboksinq, 8-i qılıncoynatma, 5-i kamandan oxatma,  5-i para-oxatma, 1-i para-atletika, 1-i para-stolüstü tennis, 8-i stolüstü tennis, 14-ü taekvondo, 10-u velosiped, hərəyə 14-ü kişi və qadınlardan ibarət voleybol komandaları və 11-i üzgüçülükdür. 

İslamiadadan öncə hər dəfə müxtəlif növlər üzrə heyətlər açıqlananda məlum olurdu ki, yığma yarışlarda ən azı ilk "beşliy"ə düşmək uğrunda mübarizə aparmaq əzmindədir.

Ötən 7 günün nəticələri gözləntilərin əbəs olmadığını təsdiqləyir. Hazırda Azərbaycan komandasının aktivində 28 medal var. Medallardan 7-si qızıl, 10-u gümüş, 11-i bürünc əyyarlıdır. Bu nəticə ilə ölkəmiz sıralamada 4-cü pillədədir. İlk 3 pillədə medal əyyarında uyğun olaraq, Türkiyə 89 (34 qızıl, 30 gümüş, 25 bürünc), İran 39 (15 qızıl, 14 gümüş, 10 bürünc) və Özbəkistan 39 (11 qızıl, 10 gümüş, 18 bürünc) qərarlaşıb.

Azərbaycan idmançıları medalları 6 növdə – güləş (4 qızıl, 4 gümüş, 5 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), para-oxatma (2 bürünc) və ağırlıqqaldırmada (1 bürünc) əldə edib. 

Azərbaycan idmanın "ağır artilleriyası" hesab olunan güləş yığmaları İslamiadaya demək olar ki, əsas heyətlə qatılıblar. Belədə pəhləvanlarımızın həmişə olduğu kimi ölkəmiz adına ən məhsuldar olacağı heç kimdə şübhə doğurmurdu. Güləş yarışlarının ilk iki günü ərzində millinin təcrübəli və titullu üzvləri ilə yanaşı, nisbətən gənc idmançılar da medalçılar sırasında yer almağı bacarıblar. Sərbəst güləşdə Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşində Mariya Stadnik (50 kq) ilə Leyla Qurbanova (53 kq) çempion olublar. Gümüş medalları Alyona Kolesnik (qadın güləşi, 59 kq), Abubakr Abakarov (sərbəst güləş, 86 kq), Gözəl Zutova (qadın güləşi, 72 kq) və İslam Bazarqanov (sərbəst, 61 kq), "bürünc"ləri isə Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq), Əsgər Məmmədəliyev (sərbəst güləş, 70 kq), Hacımurad Ömərov (sərbəst güləş, 79 kq), Osman Nurməhəmmədov (sərbəst güləş, 92 kq) və Tatyana Omelçenko (qadın güləşi, 62 kq) millinin hesabına yazdırıblar. Ümumilikdə, ilk iki gündə xalça üzərinə çıxan 15 güləşçimizdən yalnız ikisi medalsız qalıb. 

İdman gimnastikasında kişilərdən ibarət yığmanın lideri hesab olunan - Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov bir qızıl, bir gümüş, Nikita Simonov bir gümüş medala sahib çıxıblar. 

Atletikanın çəkicatma növündə qızıl medala sahib çıxan Anna Skidan V İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ilk baş mükafat qazandıran ilk idmançı kimi tarixə düşdü. Azərbaycanı üç dəfə Yay Olimpiya Oyunlarında təmsil etmiş 31 yaşlı Ukrayna əsilli təcrübəli atletin ardından kişilərin üçtəkanla tullanma yarışında Aleksis Kopello, qadınlarda jsə Yekaterina Sarıyeva gümüş mükafata yiyələnib.

Oyunlarda Azərbaycan həmçinin 8 paralimpiyaçı ilə təmsil olunur ki, artıq para-atletlər medal səbətimizə iki mükafat əlavə edə bilib. Belə ki, kamandan oxatanlarımız qarışıq və kişilərin komanda yarışlarında bürünc medallara sahib çıxıblar.

Kişilərdən ibarət komandanın tərkibində Cahan Musayev və Əli Nəbeyin qüvvəsini sınayıb. Qarışıq yarışlarda isə ölkəmizi Cahan Musayev və Azadə Abdullayeva təmsil ediblər.

Son dövrlərdə qeyri-qənaətbəxş çıxış sərgiləyən - Tokio-2020 Yay Olimpiya Oyunlarında medalsız qalan, bu ilin mayında Sofiyada təşkil olunan Avropa çempionatında isə yalnız bir "bürünc"lə yadda qalan taekvondo yığmasının nəhayət, uğursuzluq zolağından çıxacağı gözlənilirdi. Dayanq ustaları bu günədək biri qızıl olmaqla, ümumilikdə beş mükafat qazanıblar. Baş mükafata qadınların 67 kiloqram çəki dərəcəsində Fəridə Əzizova sahib çıxıb. Gümüş medalları kişilərdən Cavad Ağayev (68 kq), qadınlardan isə Minayə Əkbərova (46 kq) əldə edib. "Bürünc"ləri isə Həşim Məhəmmədovla (kişilər, 58 kq), Rio-2016 Yay Olimpiya Oyunlarının üçüncüsü Patimat Abakarova ölkəmizin hesabına yazdırıblar. Təəssüf doğuran məqam isə Rio Olimpiadasının digər bürünc medalçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi Hərçəqani (87 kq) ilə olimpiya, dünya və Avropa çempionu Radik İsayevin (+87 kq) erkən mərhələlərdə uduzaraq medalsız qalmasıdır. Göründüyü qədər, adıçəkilən idmançıların qarşıdakı olimpiya tsiklində əvvəlki formasına qayıtması çətin olacaq.

Qarşıda medalların sayının azı iki dəfə artacağı ehtimal olunur. "Qənimətlər"in sayını artıra biləcəyimiz idman növləri arasında yunan-Roma güləşi, karate, qılıncoynatma, kikboksinq, cüdo var.

Xüsusilə tam heyətli yunan-Roma güləşinin potensialı olduqca yüksək dəyərləndirilir. Yalnız zədəli İslam Abbasov istisna olmaqla, "klassiklər"in əsas heyətinin bütün üzvləri Konyaya yollanıb. Həmçinin qadınlardan ibarət sablya və  və bədii gimnastika komandasının tərkibi "bir nömrə"lərdən qurulub. Ümumiləşdirsək, Oyunlara yalnız kişilərdən ibarət cüdo millimiz ehtiyat qüvvə ilə qatılıb. Bu da yığmanın qarşıdan gələn daha mötəbər yarışa - dünya çempionatına hazırlığı ilə əlaqədardır. Bununla belə, heyətdə təcrübəli Elmar Qasımovun olması, həmçinin Balabəy Ağayev, İbrahim Əliyev, Zelim Tçkayev kimi perspektivli gənclərin adı millini mükafatlar uğrunda mübarizədə hesabdan silməməyə əsas verir.

Bütün kütləvi idman yarışlarında olduğu kimi, bu dəfə də ölkə idman azarkeşlərinin ümidləri əsasən fərdi növlərədir. Lakin komanda növlərindən də müəyyən gözləntilər mövcuddur. Bugünədək artıq qadınlardan ibarət həndbol yığmamız qrupdakı hər üç görüşünü qələbə ilə başa vuraraq adını yarımfinala yazdırıb. Qadınlardan ibarət voleybol millimiz isə qrupda iki görüşünü qələbə ilə tamamlayaraq növbəti mərhələni böyük ölçüdə təmin edib. Bundan başqa, əvvəlki İslamiadanın qalibi olan U-23 futbol millimizin mükafat qazanması istisna olunmur.

Ümumilikdə, 55 İslam ölkəsindən 4000-dən çox idmançının qatıldığı Oyunların yekununda Azərbaycan komandasının ilk "üçlük"də olması kifayət qədər real səslənir. 

Qeyd edək ki, İslamiadaya avqustun 18-də yekun vurulacaq.

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

12 phrase_var_core.may 2025
00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 phrase_var_core.may 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

phrase_var_core.fb
X