16:04 04.11.2022 495

Ölkə idmanında uşaqların hüquqları nə dərəcədə qorunur? - Mütəxəssislər şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qəbul etdiyi Uşaq Hüquqları haqqında Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilmişdir.

Hər gün dünyada milyonlarla uşaq və gənc idman tədbirlərində iştirak edir. Bəzi uşaqlar üçün bu, istirahət və əyləncədir. Digərləri isə idmançı və ya məşqçi kimi karyerasını davam etdirməyi düşünür.

İdmanla məşğul olmaq həm də gəncləri antisosial həyat tərzindən və ya cinayətkarlıqdan yayındırmaq funksiyası daşıyır. 

Hər bir uşağın təhlükəsiz və əyləncəli mühitdə idmanla məşğul olmaq hüquq var. 

Bunu BMT-nin Uşaq Hüquqları Konvensiyası müəyyən edir. 

Təəssüf ki, idmanda uşaqların hüquqları heç də həmişə diqqət mərkəzində olmur. Bununla belə uşaqıların məruz qaldığı təzyiq riskləri tam olaraq nəzarətə alınmır. 

Dünya praktikası onu göstərir ki, uşaqlar idmanda daha çox sərt münasibətlə üzləşirlər.  

İdmanda uşaqların müdafiəsi üçün beynəlxalq təminatlar tələb edir ki, bütün uşaqlar idman həyatında mümkün zərərlərdən qorunsun. 

Bu səbəbdən BMT-nin Uşaq Hüquqları Konvensiyası idmanda 8 müdafiə (təhlükəsizlik) təminatı müəyyən edib: 

1 - İdman mərkəzinin məqsədinin müəyyən olunması.
2 - Təhlükəsizlik məsələlərinə tam cavab vermək.
3 - Uşaqlara və onların valideynlərinə və dəstək.
4 - Uşaqlar üçün təhlükə riskinin minimuma endirilməsi.
5 - Davranış qaydaları.
6 - İşçilərin məşqçilərin və işçi personalın işə qəbulu zamanı onların təlimi və məlumatlandırılması.
7 - Bu istiqamətdə tərəfdaşlarla daimi sponsorlar işləmək.
8 - Monitorinqin keçirilməsi və qiymətləndirilməsi. 

Demək olar ki, ölkəmizin bütün regionlarında uşaqlar müxtəlif idman növlərinə maraq göstərir. Bunun üçün normal şərait yaradılıb. Respublikada fəaliyyət göstərən idman məktəblərində və akademiyalarda minlərlə yeniyetmə və uşaq idmançılar var. Maraqlıdır, bəs onların müəyyən olunmuş hüquqları nə dərəcədə qorunur? 

Daha əvvəl qeyd olunan təminatların ölkədə nə dərəcədə aktual olub-olmamasını müəyyən etmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Mütəxəssis Fanat.Az-a açıqlamasında ilk olaraq regionlarımızda uşaq idmanının vəziyyəti ilə bağlı danışdı:

 

"Əvvəlcə qeyd edim ki, 2009-cu ildə qəbul olunmuş təhsil haqqında qanunda orta təhsil məktəblərində hər bir şagirdin hüquqları və eyni zamanda vəzifələri müəyyənləşdirilib. 

Birincisi, hər bir şagirdin sağlam mühitdə təhsil alma hüququ var. Bura həm də idman dərsləri daxildir. Dövlətin öhdəliklərindən biri 4432 orta məktəbdə təhsil alan şagirdlərin hər birinə sağlam mühit yaratmaq və tədrisin normal gedişini təmin etməkdir. 

1-11-ci sinif arası şagirdlərə həftə ərzində 2 dəfə idman dərsi keçirilir. Bununla yanaşı Elm və Təhsil nazirliyinin tərkibində fəaliyyət göstərən bir neçə idman məktəbi də var. Burda hər bir şagirdin fiziki imkanlarına uyğun olan idman növləri ilə məşğul olması üçün şərait yaradılır. Bütün bunlar onların hüquqları çərçivəsində təmin olunur. Amma reallıq? Məlum məsələdir ki, bədən tərbiyyəsi dərsində ya topu götürüb dərhal futbol oynayırlar, ya da basketbol və sair.

Ölkənin məktəbləri təkcə Bakıdan ibarət deyil. Təəssüf ki, bölgələrimizdə idmanın təbliği ilə bağlı problemlər mövcuddur. Ucqar bölgələrimizdə uşaqların idmana cəlb olunması ilə bağlı çətinliklərin olduğunu görürük. Onların idmanla məşğul olması üçün şəraitsizlik müşahidə olunur. Soyuq havalarda qapalı idman zallarının, meydançaların olmadığını görürük. 

Düzdür, son 10 ildə 3500 yeni məktəb binası tikilib. Hardasa 2200 məktəbdə idman zalı var. Amma tam olaraq qurğularla təmin olunmayıb. Burda mütəxəssis çatışmazlığı da var. 

Aydın məsələdir ki, daha çox uşaq ali məktəbə qəbul olmaq barədə düşünür. Amma uşaqda öncə fiziki sağlamlığı formalaşdırmalıyıq ki, zehni sağlamlığı da daha çox olsun. 

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq demək olar ki, uşaqların bu yöndə hüquqları pozulur. 

Bu gün orta ümumtəhsil məktəblərində çalışan idman müəllimləri düzgün ixtisaslaşdırılmır. Biz bununla bağlı müvafiq dövlət qurumuna da müraciət etmişik. Kadrlar yalnız bir ixtisas üzrə təhsil alır və olur idman müəllimi. Bu, doğru deyil. Tutaq ki, gələcək müəllimlər ayrı ayrılıqda, boks, voleybol, ağırlıqqaldırma və sair növlər üzrə ixtisaslaşdırılır. Həmin bu kadrlar məktəbə təyinat alanda uşaqlara öz ixtisası üzrə dərs deməli olur. Amma idman dərsində tədris ümumi olmalıdır. Məsələn, orta məktəb zamanı mənim marağım futbola idi, amma mənim müəllimimin idmanın bu növündən anlayışı yox idi. 

Etiraf etməliyik ki, bölgələrimizdə tədris alan uşaqlarımızın hüquqları pozulur və tapdanır. 

Bu gün idman dərsini keçmək üçün kim istəsəniz işləyə bilər. Uşaqların qarşısına şahmat qoyacaqsan şahmat oynayacaq, top verəcəksən futbol oynayacaq. Məsələn, Almaniyada idman müəllimi olmaq, tarix və ya ədəbiyyat müəllimi olmaqdan dəfələrlə çətindir. 

Məsələn, Çempionlar Liqası oyununda baş hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasına Zeynal Zeynalov da daxil idi. Həmin referi 270 saylı məktəbdə idman müəllimi işləyir. Təssəvvür edin ki, bu məktəblərdə idmanın təbliği üçün nə dərəcədə faydalıdır. 

Və yaxud da tutaq ki, futbol sahəsində ixtisaslaşdırılmış müəllim uşağa boksdan nəsə anlada bilər? Təbii ki, yox. Bəlkə hansısa uşağın marağı daha çox şahmatadır? Amma bu insan futbol hakimidir.

Bizim müraciətimiz ondan ibarət idi ki, orta məktəblər üçün ümumi ixtisaslaşdırılmış müəllimlər yetişməlidir. Bunu da ali təhsil ocağı yetişdirməlidir. 

Bundan başqa, idman dərsi deyəndə dərhal oğlan uşaqları gəlir gözümüzün qabağına. Bölgələrimizə nəzər salsaq, görərik ki, qızlarımız bu dərsdən kənarda qalır. Onların tələblərinə cavab verəcək şərait yoxdur. BMT-nin uşaq hüquqları konvensiyası deyir ki, bərabər hüquqluluq təmin olunmalıdır. Dindən, irqdən, sosial durumdan asılı olmayaraq bərabər imkanlar yaradılmalıdır. Yarada bilirik? Yox. 

Uşaqların xəsarət alacağı təqdirdə onlara dərhal ilkin tibbi yardın göstərilməlidir. Bakıda tibb bacısı olmasından əlavə də hər bir məktəbin yaxın 30 metrliyində tibb mərkəzi var. Amma regionlarımızda yoxdur. Burda da boşluqlar müşahidə edirik. 

Sonda nəticə etibarı ilə qeyd etməliyəm ki, bölgələrimizdə uşaqların idmandakı hüquqları pozulur". 

Sualımıza cavab tapmaq üçün "Qəbələ" akademiyasının meneceri Nail Kərimovun fikirlərini də öyrənmək qərarına gəldik. Akademiya rəsmisi saytımıza açıqlamasında futbolda uşaqlarının hüquqları barədə danışdı: 

"Ümumi idmanda deyil, futbolda necə olduğu barədə danışacağam. Çünki digər idman növlərində qanunun hansı formada tənzimləndiyini bilmirəm. Futbol sahəsində isə Azərbaycanda bu yöndə bəzi boşluqlar var. Məsələn, uşaqlarla münasibətlərin qurulmasında dünya və avropa standartlarına cavab verməyən məqamlar sadalamaq olar. 

Bunlardan birini qeyd edim. Avropada 16 yaşında qədər olan futbolçularla peşəkar müqavilə bağlanmır. Futbolçu getdiyi futbol məktəbində və ya klubunda qeydiyyatdan keçir və orada oynamağa davam edir. 16 yaşına qədər hər hansı akademiyaya, kluba keçməkdə də sərbəstdir. 16 yaşı tamam olandan sonra onun istənilən digər klubla peşəkar müqavilə bağlamaq hüququ yaranır. Bu zaman yeniyetmə hansısa komanda ilə peşəkar müqavilə imzalayırsa, həmin klub ona daha əvvəl oynadığı komandalardakı haqqı, məşq kompensasiyasını ödəməli olur. UEFA sənədlərində bu "training conpensation" kimi göstərilir. Bu, Avropada çox tez-tez rast gəlinən hadisədir. Nisbətən böyük klub nisbətən kiçiklərə 50, 100, 300 və ya 500 min avro ödəyərək oyunçunu ələ keçirir, sonradan futbolçudan daha çox gəlir əldə edir. 

Azərbaycanda isə bu proses başqa cür gedir. Bizdə istənilən futbolçunu peşəkar klubda qeydiyyatdan keçirtmək üçün müqavilə bağlayırlar. Uşaqlarla müqavilənin müddəti maksimum 3 ilə qədərdir. İstər 10 yaşı olsun, istərsə də 18. Həvəskar müqavilə ilə oynayırsa, o, həmin kluba təhkim olunur. Onun müqavilə müddəti başa çatana qədər həmin klubun razılığı olmadan digər komandaya sərbəst şəkildə keçə bilmir. Məhz elə bu məsələdə Avropa ilə fərqlənirik. 

Qeyd edim ki, Avropada qəbul olunan qanunlar, uşaq hüquqları konvensiyasına əsaslanan qanunlardır. Hələ ki, bizimlə avropa arasında bu baxımdan fərq var. Gələcəkdə ola bilər ki, bizdə də bu məsələ Avropaya uyğunlaşdırılsın. 

O, ki qaldı digər hüquqlara... Təbii ki, hər bir uşaq istənilən idman sahəsində özünü sınamaq şansı əldə etməlidir. Mənə elə gəlir ki, bu imkanlar Azərbaycanda mövcuddur. Xüsusən də paytaxt Bakıda. İstənilən idman növü ilə ödənişli və ya ödənişsiz şəkildə məşğul olmaq mümkündür. Yaxşı futbolçunu, idmançını bütün cəmiyyətlər axtarır. Düşünürəm ki, ölkəmizin böyük şəhərlərində istənilən uşaq sağlamlıqla məşğul olmaq hüququnu əldə edə bilir. Elə Qəbələnin özündə də hər bir uşaq idmanla məşğul olmaq istədiyi halda, bu imkanı rahat şəkildə qazanır. Qəbələ İdman Klubunun qapıları hər bir idmançı olmaq arzusunda olan uşağın üzünə açıqdır. 

Uşaqların idman mərkəzlərində və ya cəmiyyətlərində möhkəmlənmələri üçün ən vacib məqamlardan biri bağçalarda və məktəblərdə idmana yönəlmiş işlərin daha yaxşı getməsidir. Bu cəhətdən də boşluqlar mövcuddur. Avropa ölkələrində olduğu kimi deyil. Erkən yaşlarda uşaqların müəyyən vərdiş və koordinasiyasını yaratmaq üçün bağça və məktəblərdə bu istiqamətdə işlər getməlidir. Belə olacağı halda, düşünürəm ki, uşaqların peşəkar idmanla məşğul olması daha rahat olacaq. 

O ki, qaldı uşağın təhsili, səhiyyəsi və idmançının inventarının təmin olunmasına, bu, bir az fərdi yanaşma tələb edir. Mən əminliklə deyə bilərəm ki, "Qəbələ" akademiyasında bunların hər birinə əməl olunur. Hər hansısa futbolçu bizim üçün maraqlı deyilsə və onunla münasibətlərimizi kəsmək həddinə çatsaq belə, klubda oynayarkən zədəsi və ya xəsarəti varsa, mütləq müdaxilə olunur. Ona lazım olan kömək göstərilir. Heç vaxt hər hansı futbolçunu yarıyolda qoymamışıq.

Onların parallel olaraq təhsil almaları üçün bəlkə də futbolçulardan çox biz can atmışıq. Əlimizdən gələni etmişik. Bəzi hallar var ki, ölkədəki və ya beynəlxalq yarışlar dərs günlərinə təsadüf edir. Bu, artıq bizim əlimizdə olan bir məqam deyil. Dərs saatlarını buraxdıqlarına görə bunu konpensasiya etmək üçün də əlimizdən gələni əsirgəməmişik. 

Bu dediklərim hamısı tələblərdir və idmançıya verilməlidir. Digər cəmiyyətlərdə necə olduğunu deyə bilmərəm, bizdə bunların hər birinə cavab verilir".  

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X