14:35 23.12.2022 723

MLS başlayır: Təqvim də bəllidir!

Qətərdə keçirilmiş dünya çempuionatı başa çatdıqdan sonra futbol azarkeşləri artıq indidən növbəti mundialın müzakirəsinə başlayıblar. Tarixdə daha bir ilk yaşanacaq: DÇ-2026 ilk dəfə 3 ölkədə ABŞ, Kanada və Meksikada keçirləcək və 48 komanda mübarizə aparacaq. 

Fanat.az saytından mütəmadi olaraq, Amerika və Kanadanın ortaq futbol liqası MLS-dən söz açacağıq. Bir çox maraqlı faktlardan danışacağıq. Söz yerinə düşər... 

MLS-də (ABŞ və Kanadanın futbol liqası) mövsümün təqvimi açıqlandı. Yeni mövsümün açılış günü 25 fevralda baş tutacaq. 21 oktyabr tarixi isə “Qərar Günü” üçün nəzərdə tutulub. Bəs, “Qərar Günü” nədir? 
Liqa başa çatır, pley-off iştirakçıları bəlli olur, çempionatın bütün fərdi mükafatlarının qalibləri açıqlanır. Liqanın ilk mərhələsinin bütün yekunu məhz “Qərar Günü”ndə bəlli olur. Daha sonra isə çempionluq yolunda finiş xətti görünür. Şərq və qərb konfransılarında pley-off oyunları keçirildikdən sonra hər iki konfransın qalibləri final oyununda çempionu müəyyən edirlər. MLS-də pley-off oyun cədvəli daha sonra açıqlanacaq.

2023-cü il mövsümünün ilk matçında saat 16:30-da “Neşvil” “GEODIS Park”da “Nyu York Siti”ni qəbul edəcək. Həftəsonu həmçinin “Q2” stadionunda “Austin” ilə qarşılaşacaq “Sent-Luis Siti” MLS-də debüt edəcək. “Sent-Luis” doğma meydanda ilk oyununu isə martın 4-də, keçən il liqaya gəlmiş “Şarlotta”ya qarşı keçirəcək. 

“Sent Luis Siti”nin prezidenti Karolin Kindl bu tarixi anı belə şərh edib: "Mən həqiqətən inanıram ki, gələn il “Sent-Luis” üçün ilk böyük futbol liqası mövsümü ilə şəhərimizi ABŞ-da və onun hüdudlarından kənarda futbol azarkeşlərinə nümayiş etdirəcək və biz böyük layihə təqdim edəcəyik. Doğma stadionumuz “Siti Park”da möhtəşəm futbol matçlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Xüsusən martın 4-də “Şarlotta”ya qarşı ilk ev oyunumuzu."

Açılış günü həmçinin bizi “El Trafiko” adlanan derbi gözləyir. Bu derbi adını Los Anceles tıxaclarından götürüb. Avtomobil sıxlığı ilə tanınan şəhərdə “Los Anceles Qalaksi” və “Los Anceles” görüşündə tıxaclar lap dözülməz olur. Məhz bu səbəbdən derbiyə belə ad verilib. Bu derbi ilə bağlı daha bir maraqlı fakt: hər iki komanda digər rəqiblərə qarşı öz ev oyunlarını fərqli stadionlarda keçirsələr də, “El Trafiko” derbisinə olan maraq səbəbindən bu komandaların öz aralarındakı qarşılaşmalar DÇ-1994-ün finalına ev sahibliyi etmiş, 92 mindən artıq azarkeş tutumu olan “Rouz Boul” stadionunda qarşılaşırlar.  

Diqqət mərkəzində olan digər oyunlara “Filadelfiya Yunion” və LAFC arasında sentyabrın 23-nə təyin olunan görüşü misal çəkmək olar. Bu oyun həm də 2022 MLS Kubokunun finalının revanşı kimi də qiymətləndirilir. Əzəli rəqiblərin qarşılaşacağı xüsusi həftə “rəqabət həftəsi” adlandırılır. Bu həftə 13-20 may tarixlərinə təsadüf edəcək.  “Atlanta Yunayted” mayın 13-də “Şarlot”u qəbul edəcək. Matç “Hudson çayı” derbisi də eyni vaxtda mayın 13-də reallaşacaq. Nyu Yorkdan Hudson çayının iki fərqli sahilini təmsil edən “Nyu-York Red Bulls” və “Nyu York Siti” arasında baş tutan görüşü belə adlandırılar. 

Həm MLS, həm də Meksika liqasından hər bir komandanın iştirak edəcəyi Liqalar Kuboku səbəbindən adi mövsüm 15 iyul tarixindən sonra fasiləyə gedəcək və avqustun 20-də yenidən bərpa olunacaq. Sözügedən çempionatda həmçinin oktyabr və noyabr aylarında - FİFA-nın beynəlxalq pəncərələrində fasilə olacaq. Onu da qeyd edək ki, MLS klublarına iyun və sentyabr aylarında FIFA beynəlxalq pəncərəsində oynamağa icazə verilib və 13 klubun bu icazədən istifadə edəcəyi dəqiqləşib. 

“Sent-Luis”in MLS-ə gəlişi ilə konfransların tərkibi daha bir dəyişikliklə nəticələndi. Coğrafiya dəyişdi. Yeni komanda Qərb Konfransına qoşuldu və bu səbəbdən “Neşvil” yenidən Şərq Konfransına qayıtdı.

“Siattl Saunders” Mərakeşdə keçiriləcək FIFA Klublararası Dünya Çempionatında mübarizə aparacağı üçün mövsümə daha tez fevralın əvvəlində başlayacaq.

Və ən əsası... MLS fanatlarının səbirsizliklə gözlədiyi ulduzların savaşı – “All Star” oyunu 19 iyul tarixinə “DC Yunaytedin stadionunda “Audi Fild”də baş tutacaq. 

“Ulduz savaşı”na qədər isə MLS-dən çox danışacağıq. Maraqlı olacağını güman edirəm. 

Vüsal Həsənov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X