İngiltərənin "Lester" klubunun türkiyəli müdafiəçisi Çağlar Söyüncü "Atletiko Madrid"ə keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "Twitter" hesabında paylaşım edib.
Jurnalist tərəflərin razılığa gəldiklərini bildirib. Türkiyə millisinin üzvü Madrid təmsilçisi ilə 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Keçidin yay transfer pəncərəsində gerçəkləşəcəyi gözlənilir.
Mirağa