PSJ-nin hücumçusu Lionel Messi komandasının Fransa Kubokunun 1/32 finalı çərçivəsində bu gün "Şatoru"ya qarşı keçirəcəyi matçda oynamayacaq.
Fanat.Az xəbər verir ki, "Reuters" Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltyenin bu barədə dediklərini belə çatdırıb:
"O, dünya birinciliyində fantastik təsir bağışladı. Ardından isə böyük qələbəni bayram etmək üçün Argentinaya yollandı. Özü ilə vəziyyəti müzakirə etmişik. Bu matçda evində, ailəsinin yanında olmasını uyğun saydıq. "Şatoru"ya qarşı oynamayacaq. Növbəti görüşə qədər tam bərpa olunmasını istəyirik".
Nihat