Portuqaliyanın "Benfika" klubunun prezidenti Ruy Koşta danışılmış oyunların təşkilində şübhəli bilinir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, hazırda Portuqaliyanın Hüquq Mühafizə Orqanları "qartallar"ın 2016-2020-ci illər aralığında keçirdiyi bir neçə matçla bağlı araşdırma aparır. Düzdür, Koşta 2021-ci ilin yayında fırıldaqçılıqda, oyun alqı-satqısında təqsirli bilindiyi üçün postundan getməli olan Luiş Felipe Viyeranın yerini tutub. Ancaq sabiq başqanla Koştanın öncədən əlaqədə olduqlarıyla bağlı şübhələr var.
Nihat