Ulduz futbolçu Kriştianu Ronaldunun "Əl-Nəsr"ə transferinin ardından komandadan göndərilən Vensan Abubakar əsəbləşib.
Fanat.Az xəbər verir ki, kamerunlu futbolçu hirsini portuqaliyalı forvardı tənqid edərək çıxıb.
"Mundo Deportivo" Abubakarın sözlərini belə çatdırıb: "Həmişə Messinin Ronaldudan daha yaxşı olduğunu düşünürdüm. Kriştianu ilə məşq etdikdən sonra haqlı olduğumu anladım".
Qeyd edək ki, Ronaldunun transferindən sonra "Əl-Nəsr" onu mövsümün iştirak ərizəsinə daxil etmək üçün bir əcnəbi oyunçu ilə vidalaşmalı olub. Səudiyyə Ərəbistanı təmsilçisi ilə Abubakarla müqaviləni pozmaq qərarına gəlib.
Röya