Məşhur serbiyalı çalışdırıcı Bora Milutinoviç Rusiyada işləməyə razı olub-olmayacağı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Sport-Ekspress" onun fikirlərini belə təqdim edib:
"Rusiyaya hörmət bəsləyirəm. Amma oradan nə vaxtsa təklif almağım yadımda deyil. Gedərəmmi? Hətta piyada gedərəm".
Milutinoviç Meksika, həminin, ABŞ, Kosta Rika, Nigeriya, Çin, Yamayka milli komandalarında çalışıb. Mütəxəssisin son iş yeri İraq yığması olub.
Mirağa