Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Rəsmi: Argentina millisinin və İspaniya “Barselona”sının sabiq hücumçusu Serxio Aquero karyerasını bərpa edib. 35 yaşlı hücumçu Ekvadorun "Barselona" klubu ilə müqavilə imzlayıb.
Rəsmi: Portuqaliya millisinin yeni baş məşqçisi bəlli olub. Bu posta DÇ-2022-dən sonra Belçika yığmasından ayrılan Roberto Martines təyin olunub.
“A Bola”: “Beşiktaş”ın futbolçusu Vaut Veqhorst İngiltərə klubunun diqqət mərkəzindədir. Niderlandlı hücumçuya “Mançester Yunayted” elçi düşüb.
"Qırmızı şeytanlar" həmçinin "Atletiko Madrid"dən Joau Feliks və “İnter”in hücumçusu Edin Dzekonu da gözaltı edib.
"The Athletic": "Real Madrid" Eden Hazarı transferə çıxarıb. La Liqa təmsilçisi belçikalı futbolçunun yüksək maaşı səbəbi ilə onu satmaq fikrindədir.
"L'Equipe": 6 aydır "Nitsa"da baş məşqçi olaraq çalışan Lüsyen Favra istefaya göndərilib. Buna səbəb komandanın uğursuz çıxışıdır. İsveçrəli mütəxəssis 2016-18-ci illərdə də “Nitsa”da çalışıb.
Röya