"Çelsi"nin baş məşqçisi Qrem Potter rəhbərliyi altında çətin vəziyyətə düşən komandanın liderləri ilə mövcud vəziyyəti müzakirə etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis "zadəganlar"ın rəsmi saytına danışıb:
"Çərşənbə axşamı Tyaqo Silva, Aspilikueta, Jorjinyo və Kovaçiçlə bir araya gəldik. Bir sıra məqamlar barədə fkir mübadiləsi apardıq. Söhbətimiz çox yaxşı alındı. Onlar işlərinə ciddi yanaşan insanlardır. Qələbə qazanmaq, irəli addımlamaq istəyirlər. Əlbəttə, bu oğlanlara işlərini görmək üçün pul verirlər. Ancaq futbolçu insandır, robot deyil. Söhbət zamanı insani keyfiyyətlərini növbəti dəfə ortaya qoydular. Bilirik ki, layiq olmadığımız yerdəyik. Təcrübəli komandayıq və vəziyyətdən birlikdə çıxa biləcəyimizə inanırıq".
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə mövqe tutub.
Nihat