İspaniyanın "Barselona" klubu Fransa millisinin hücumçusunu transfer etməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisinin idarəçiləri və baş məşqçisi Xavi Mönhenqladbax "Borussiya"sının forvardı Markus Türamın bu qış heyətə qatılmasını vacib sayırlar. Mənbə İspaniya nəhənginin Milan "İnter"i və "Çelsi"nin də istədiyi 25 yaşlı oyunçu üçün qarşı tərəfə yaxın günlərdə təklif göndərəcəyini vurğulayıb.
Qeyd edək ki, Türamın "Borussiya" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat