PSJ-nin baş məşqçisi Kristof Qaltye DÇ-2022-dən sonra klubunun forması ilə ilk çempionat oyununa çıxan Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssisin "Anje" üzərində 2:0 hesablı qələbə qazandıqları Liqa 1 matçından sonra dediklərini "Sportskeeda" belə çatdırıb:
"Azarkeşlərə Leonu salamladıqları üçün təşəkkür edirəm. İnanın ki, bu, Messinin ürəyini qızdırır. O, artıq tam bərpa olub. Fiziki cəhətdən hazır, psixoloji baxımdan rahatdır. Onunla həm fasilədə, həm də matçın gedişində söhbət etdim, fiziki gücünün necə olduğunu soruşdum. Leonun meydanda olması bizim üçün vacibdir. Hamı bilir ki, Messili və Messisiz komanda bir-birindən çox fərqlənir".
Qeyd edək ki, 35 yaşlı Messi "Anje" ilə görüşdə komandasının qollarından birinin müəllifi olub.
Nihat