"Barselona" heyətini Milan "İnter"inin yarımmüdafiəçisi ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytı vasitəsi ilə tanınmış jurnalist Canluka Di Martsio yayıb.
Məlumata görə, "İnter"in xorvat futbolçusu Marselo Brozoviçin xidmətində maraqlı olan Kataloniya təmsilçisi bu keçid müqabilində qarşı tərəfə öz yarımmüdafiəçisi Frank Kessyeni təklif edib. Xəbərdə tərəflərin indilik ortaq məxrəcə gələ bilmədikləri vurğulanıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan 26 yaşlı Kessye 2021-ci ilin yayından "Barselona"dadır. İspaniya nəhənginə "Milan"dan ayrılaraq azad agent qismində qoşulan Frank indiyədək cəmi 16 matçda meydana çıxıb, 1 qol vurub.
2015-ci ildən "İnter"in uğurları üçün çalışan Brozoviç cari mövsüm 12 görüşdə 2 qolla yadda qalıb. 30 yaşlı xorvat hazırda zədəsini sağaltmaqla məşğuldur.
Nihat