"Qızıl top" mükafatının sahibi, "Bayern Münhen"in əfsanəsi Lotar Matteus Almaniya nəhənginə yeni ulduz məsləhət görüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Bild" belə çatdırıb:
"Mən "Ştutqart"ın hücumçusu Seru Qirassini götürərdim. Topla əla rəftar edir, cəld və möhkəmdir. Onda mərkəz hücumçusuna lazım olan hər şey var. Yəni Qirassi də Kolo Muani qədər yaxşı forvarddır. Ondan fərqi yalnız daha ucuz olmasıdır.
"Bayern" niyə bütün diqqətini Seruya yönəltməsin ki? Harri Keynin demək olar ki, 30 yaşı var, Viktor Osimhen çox bahadır. Qətərdəki mundialdan sonra qiyməti 65 milyon avroya yüksələn olan Kolo Muanini "Ayntraxt" buraxacaqmı?
Nihat