"Çelsi"nin baş məşqçisi Frenk Lempard "zadəganlar"ın yeni mövsümə köklənməsinin çətin olacağını deyib.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Premyer Liqa çox sürətlə inkişaf edir. Bütün komandalar "artırır" və qarşısına ciddi hədəflər qoyanların sayı durmadan artır. "Nyukasl", "Brayton" və "Aston Villa" kimi kollektivlər göz önündədir. Onları nəzərə almamaq olmaz. Təcrübəmə əsasən deyim ki, komanda sönürsə, yenidən alovlandırmaq asan olmur.
Problemləri bir gecəyə aradan qaldırmaq mümkün deyil. Düzdür, yeni mövsümə mən cavabdeh olmayacağam. Yeni mövsüm "Çelsi" üçün ciddi sınaq olacaq".
Qeyd edək ki, "Çelsi" hazırda İPL-in turnir cədvəlində 12-ci yerdədir.
Nihat