İngiltərəli mütəxəssis Roy Hocson Çempionlar Liqasının finalı haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "La Repubblica" İngiltərə millisinin keçmiş baş məşqçisinin "Mançester Siti" - "İnter" qarşılaşması haqda dediklərini belə çatdırıb:
"Təbii ki, Qvardiola və komandası favorit kimi görünür. Amma Çempionlar Liqasının finalında hər şey ola bilər. Simone İnzaqi çox mütəşəkkil komandaya malikdir. İnzaqinin komandası Qvardiola üçün problem yarada biləcək əks-hücumlarda çox təhlükəlidir".
Qeyd edək ki, ÇL-in finalı sabah - iyunun 10-da Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həlledici oyunda favorit göstərilən, lakin hələ turnirin qalibi olmayan "Mançester Siti" ilə 2010-cu ildə ən güclülərin yarışını qazanan "İnter" üz-üzə gələcəklər.
Mirağa