"Real Madrid"dən azad agent qismində ayrılaraq "Əl-İttihad"a keçən Kərim Benzema niyə Səudiyyə Ərəbistanına köçmək qəırarına gəldiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Mən müsəlmanam, Səudiyyə Ərəbistanı isə müsəlman ölkəsidir. Həmişə bu ölkədə yaşamaq istəmişəm".
34 yaşlı Benzemanın heyətə qatıldığını son çempion "Əl-İttihad" iyunun 6-da rəsmən elan edib.
Əlcəzair əsilli fransalı "Real"da 14 mövsüm keçirib. "Kral klubu"nun forması ilə ümumilikdə 647 qarşılaşmada forma geyinən mərkəz hücumçusu 353 qol vurub.
Nihat