Pep Qvardiola ötən şənbə günü Çempionlar Liqasını qazanaraq "Mançester Siti"nin baş məşqçisi kimi ən yaxşı mövsümünü keçirdi.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis artıq missiyasını başa çatdırmaq və karyerasında dəyişiklik haqda planlar qurur.
Bu iddia "The Guardian"a məxsusdur. İngilis qəzetinin yazdığına görə, keçən ilin noyabrında anlaşmasının müddətini 2025-ci ilin yayına qədər uzadan Qvardiola "Mançester Siti" ilə daha bir müqavilə imzalamaq niyyətində deyil. Başqa sözlə, kataloniyalı mütəxəssis müqaviləsini başa vurduqdan sonra hazırki iş yerini tərk edəcək.
Beləliklə, onun "şəhərlilər"lə işbirliyinin ömrü 9 il olacaq. İlk yeddi mövsümündə o, artıq beş dəfə Premyer Liqanı, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, iki dəfə FA Superkubokunu və nəhayət, iyunun 10-da İtaliya “İnter”i üzərində 1:0 hesablı qələbədən sonra, bir dəfə Çempionlar Liqasını qazanıb.
Mirağa